Hər Gün Ən Az 1 Insanı Xoşbəxt Et!

0
2831
Hər Gün Ən Az 1 Insanı Xoşbəxt Et!

1. Sevdiklərinizə qısa da olsa sevgi dolu mətn mesajları göndərin. Həyat yoldaşınıza, ananıza, atanıza, qardaşınıza, bir sözlə bütün sevdiklərinizə yaxınlarınıza qısa mesaj göndərin və onlara sevginizi hiss etdirin.

2. Axşam yeməyində servisi siz hazırlayın. Bu təklif əlbəttə ki bəylərədir. Həyat yoldaşınız hər gün sizə xidmət edir, ancaq bu gün də servisi siz onun üçün  hazırlayın və onu bu kiçik jestlə xoşbəxt edin.
 
3. İctimai nəqliyyatda ehtiyacı olan bir insana yer verin. Özünüzü yuxuluyurmuş kimi göstərməkdən, telefonunuzla oynamaqdan imtina edin və ayaqüstə duran yaşlıya və yaxud  bir qadına yer verin. Siz də yaxşı bilirsiniz ki, bu  həm onları, həm də sizi xoşbəxt edəcəkdir.
 
4. İstifadə etmədiyiniz paltarlarınızı təmizləyin və onları möhtac insanlara paylayın. Nə qədər də çox istifadə etmədiyiniz geyiminiz var və şkafınızda yer tutur, elə deyilmi? Şkafda mənasız yerə durmağındansa, birinə faydanız toxunacaq və bunun sizi də xoşbəxt edəcəyinə əmin olun və çox xoşbəxt hiss edəcəksiniz. Ayrıca yaxşılıq etmənin necə gözəl bir şey olduğunu öyrənmək üçün bu bir fürsətdir. Qarşılıq gözləmədən insanlara kömək edin. Həm onlar, həm də siz sevinin.
 
5. Məktub yazın. Bir məktub yazdığınız zaman son dəfə nə oldu? Sevdiyiniz birinə bir məktub yazın. Ünsiyyət vasitələrinin çox yayıldığı bu dövrdə sevdiyiniz insanları bu nostalji davranış ilə xoşbəxt edə bilərsiniz.
 
6. Sevdiyiniz insana əl işi olan bir şey təqdim edin. Bu şey özünüz etdiyiniz bir şey də ola bilər. Bir şarf, corab, papaq, musiqi aləti, bir şəkil, çərçivə, oyuncaq. Əlinizdən nə gəlirsə.
 
7. Ailəniz üçün yemək bişirin. Axşam yeməyində servis etdiyinizdə həyat yoldaşınızın nə qədər xoşbəxt olduğunu görmüşdünüz bəylər elə deyilmi? İndi, həftə sonu onlara yemək hazırlayın. Ancaq diqqət edin mətbəxi dağıdaraq xoşbəxt edəcəyəm söyləyərkən diqqətli olun, daha da iş çıxarmayın.
 
8. Yolda gedərkən qarşılaşdığınız kənar insanlara gülümsəyin. Gülümsəyin və hər kəslə başınızla salamlaşın. Qorxmayın, dəli falan deməzlər sizə. Bəlkə də gülümsəyəcəklər. Həm dəli desələr  nə olacaq ki? 
 
9. Bir insanın əvəzinə bəzən də heyvanları sevin. Qış günlərində, məsələn, pəncərələrinizin kənarında quşlar üçün qida və ya çörək parçaları qoyursunuz. Bu sizin pəncərənizdə olan quşları görən uşaqlarınızı da xoşbəxt edəcəkdir.
 
10. Heç tanımadığınız kiçik bir bədənə, şokolad, oyuncaq və ya başqa bir şey hədiyyə edin. Uşaqları xoşbəxt etmək çox asandır, əlbəttə bir yol tapa bilərsiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN