Gözləntilərinizi Azaldın!

0
3528
Gözləntilərinizi Azaldın!

Tanıdığımız, sevdiyimiz insanlarla bağlı hər birimizin bir gözləntisi olur. Onlara güvənir və əsla istəmədiyimiz bir şey edəcəyini gözləmərik. Amma bu gözləntilərin tam əksi reallaşdıqda isə, xəyallarımız suya düşür. Başqalarının söylədikləri və etdikləri sizə xəyal qırıqlığı yaşatmasını istəmirsinizsə, başqalarından bəzi gözləntilərinizi ağlınızdan silin.

Bəzi vəziyyətlərdə gözləntiləriniz olması, hiss etdiyiniz şübhələrin dağılmasını təmin edib və sizə ümid verərkən bəzi şeylər var ki, onları əsla idarə edə bilməzsiniz. Sizin idarə edə bilmədiyiniz şeylərin xoşbəxtliyinizi pozmasına icazə verməyin.
 
İnsanların sizdən xoşlanmasını gözləməyin!
 
Başqalarından gözləməməniz lazım olan ən əhəmiyyətli şey sizdən xoşlanmalarıdır. Tanış olduğunuz hər kəsin sizi sevməsi bir az qeyri-mümkün deyilmi? Hər vaxt ətrafınızda sizə pis davranacaq ya da arxanızdan pis şeylər deyəcək mənfi insanlar olacaq.
 
Bu tərz insanları görməməzlikdən gəlməyi və sizin düşüncələrinizə və sizə hörmət edən insanlarla yaxınlıq etməsini öyrənin.
 
İnsanlar nə deyərsə desin və nə düşünürsə düşünsün özünüz olun!
 
İnsanların mükəmməl olmasını gözləməyin!
Bu həqiqi xarici gözləmə sizə yalnız xəyal qırıqlığı yaşada bilər. Heç kim mükəmməl deyil, siz belə! Elə isə insanlardan mükəmməl olmalarını niyə gözləyirsiniz?
 
Hər kəs səhv edə bilər. Nəticədə bizlər mükəmməl bir robot deyilik. Başqalarının səhv etmələrini gözləyin. Onlar səhv etdiyi zaman öhdəsindən gəlmələrinə köməkçi olun. 
 
İnsanların sizinlə eyni fikirdə olmasını gözləməyin!
Bütün insanlar bir-birindən fərqli xarakterdə və hər kəsin özünə xas bir düşüncə quruluşu var. Bəzi insanlar sizinlə eyni fikirdə ola bilirkən digərləri sizin fikirlərinizə qatılmaya bilər. Ətrafınızdakı hər kəs tərəfindən təsdiqlənməyi düşünməyin.
 
Özünüzü başqalarıyla müqayisə etməkdən imtina edin və öz qaralayarına dəyər verməyi öyrənin. Etdiklərinizdən təmin
olmalı və heç bir zaman etdiyiniz bir şey üçün peşmanlıq hiss etməzsiniz.
 
İnsanların dəyişməsini gözləməyin!
İnsanları olduqları kimi sevməyi və qəbul etməyi öyrənin. Davamlı olaraq onları sizin mənfəətlərinizə uyğun olaraq dəyişdirməyə çalışmayın. Yalnız biri sizə dəyişmənizi söylədiyi üçün siz dəyişərsiniz?
 
İnsanların həqiqətən olduqları kimi davranmalarına icazə verin, o zaman hər şeyi fərqli və yeni bir baxımdan görəcəksiniz. Əgər birini həqiqətən dəyişdirmək istəyirsinizsə, əvvəlcə özünüz dəyişməklə başlamalısınız.
 
İnsanların doğru şeyi etmələrini gözləməyin!
Həyat hər vaxt ədalətli deyil və insanlar hər vaxt etmələri lazım olan doğru şeyləri etmir. Sizin dəyərləriniz və əxlaq anlayışınız başqa insanların əxlaq anlayışı və dəyər mühakimələriylə eyni olmağa bilər.
 
 
Bunu qəbul etməyi öyrənin və bir dahaki səfərə biri sizin gözləmələrinizə uyğun davranmadığı zaman özünüzü üzməyin.
 

ŞƏRH YAZIN