Gözəl əhval-ruhiyyə üçün 10 təklif

0
4101
Gözəl əhval-ruhiyyə üçün 10 təklif

Əgər siz həyatınızda nəyinsə düz getmədiyini, kədərli fikirlərin daha çox olduğunu hiss edirsinizsə, çalışın bu vəziyyətdən tez çıxasınız, çünki bu getdikcə uzana bilər. Bunun öhdəsindən gəlmək üçün yollar axtarın. Bu səbəbdən də aşağıda qeyd olunmuş 10 məsləhəti diqqətdən qaçırmayın.

1. Həmişə əhval-ruhiyyənizin yaxşı olmasını istəyirsinizsə, özünüzü idarə etməyi öyrənin. Kiçik şeylərə görə inciməyin. Çalışın ki, sizə yaxın olan insanlarla mübahisə etməyəsiniz,  onları bağışlayın. Bağışlayaraq siz hirs və qısqanclıq hisslərindən azad olacaqsınız. Unutmayın ki, bu hislər ən çox sizə ziyan verir. 
 
2. Dünyaya yumor hissi ilə baxmağa çalışın. Hətta əgər siz narahat olur və ya çətin bir vəziyyətə düşürsünüzsə, buna rəğmən gülümsəyin və deyin ki, “Bu da keçəcək”. İnanılmazdı, amma buna həqiqətən inansanız, onda pis şeylər doğurdan da keçəcək.
 
3. Bütün dünyaya küsərək evdə oturmayın! Əmin ola bilərsiniz ki, küçədə, dostların-tanışların əhatəsində əhval-ruhiyyə pis olmur! 
 
4. Həyatınıza yeniliklər gətirin. Psixoloqlar məsləhət görürlər ki, vaxtaşırı vərdişlərinizi dəyişin, məsələn: təzə hobbiyə başlayın və yaxud geyim tərzinizi dəyişin. Bütün bunlardan sonra həqiqətən əhəmiyyətli dəyişiklikləri özünüz də hiss edəcəksiniz.
 
5. İstirahət etməyi bacarın! Hansısa çətin işi yerinə yetirdikdə xoş bir şey haqda düşünün. Məsələn dostlarınız və yaxud sevdiyinizlə görüş barədə.
 
6. Üzgüçülüklə məşğul olun. Su tonus və əhval-ruhiyyənizi qaldıraraq bədənə istirahət etməyə kömək edir.
 
7. Dayanın və düşünün. Bəzən insanlar düşünməyə vaxt tapa bilmirlər. Unutmayın ki, otağınızı müntəzəm təmizlədiyiniz kimi fikirlərinizi, məqsədlərinizi və münasibətlərinizi də qaydaya salmalısınız.
 
8. Həyata daha asan münasibət bəsləyin. Çalışın ki, diqqətinizi ancaq indi gördüyünüz işə yönəldəsiniz. Kiçik nailiyyətlərinizə də sevinin. Həyat kədərlənmək və özünü günahlandırmaq üçün çox qısadır!
 
9. Perspektiv hissini qoruyun. Həyat özü bir hərəkətdir. Bu gün sizin üçün faciə olan bir şey sabah sizin üzünüzü güldürə bilər. Boşuna demirlər ki, gecənin xeyrindən gündüzün şəri yaxşıdı.
 
10. Xoşagəlməz şeyləri unudun. “Hərəkət edin ki, sizin hisləriniz də hərəkət etsin”- psixoloq Merlin Dilfort belə hesab edir. Unutmayın ki, siz öz hislərinizə və emosiyalarınıza görə məsuliyyət daşıyırsınız.
 

ŞƏRH YAZIN