Enerjili olmaq üçün...

0
3221
Enerjili olmaq üçün...

1. Səhərlər dostlarınızla, sevdiyiniz insanlarla qaçmağa başlayın.Bu şəkildə qaçmaq  motivasiyanızı artıracaqdır. Bunu günə başlarkən etdikdə günün geridə qalan hissəsində özünüzü enerjili hiss edəcəksiniz.

2. Çox pəhrizlər özünüzü yorğun və əsəbi hiss etməyinizə yol aça bilər. Sağlam bir qidalanma planı tətbiq edərək, nizamlı məşq etmək yaxşı hiss etməyin və sağlam görünməyin ən yaxşı yoludur.
 
3. Təzə yeməklərlə qidalanmağa çalışın.
 
4. Yüksək kalorili içkilər içməyin. 
 
5. Yuxunuzu alın. Hər gecə yeddi saat yatmaq, ruh halınızın yaxşılaşmasına, nizamlı qidalanmanıza, başqa sözlə çəkinizə nəzarət etmənizə kömək edər.
 
6. Yataqda çox uzun müddət qalmayın. Yuxuya getməkdə çətinlik çəkirsinizsə, 20-ci dəqiqədən sonra qalxın və sizi rahatlaşdıracaq başqa şeylər edin. Məsələn, jurnal oxuyun, ya da çobanyastığı çayı için.
 
7. Yataq otağınızı yuxu bölgəsi olaraq qoruyun və televizor izləmək, pul və ya digər problemli mövzuları müzakirə etmək üçün istifadə etməyin.
 
8. İctimailəşin. Bu dostlarınızla və ailənizlə bağınızı qoruyar, enerji səviyyənizi yüksəldər. Tez-tez görüşlər təşkil edin, bunu edə bilmirsinizsə, heç olmasa hal-xətir soruşmaq üçün yaxınlarınıza zəng edin. Nəticədə özünüzü yaxşı hiss edəcəksiniz.
 
9. Yeni dostluqlar yaradın və köhnə dostlarınızla ünsiyyətinizi yeniləyin. Yeni bir fəaliyyətə, kursa qatılaraq yeni mühitlərə girin və yeni insanlarla tanış olun. Eyni zamanda uzun zamandır görüşmədiyiniz dostlarınıza zəng edin. Yoldaşlar mövzusunda yenilik, yeni bir dünyagörüşü inkişaf etdirməyinizə şərait yaradar, fikirlərinizi təzələyər və beləcə özünüzü xoşbəxt hiss edərsiniz.
 

ŞƏRH YAZIN