Dostluq Anlayışı

0
2825
Dostluq Anlayışı

Təklik Allaha məxsusdur.Hər zaman yanımızda bizə dayaq olan, bizi sevən, bizi düşünən insanlar olmalıdır.Bu insanlara bir ad vermək olar: Dost. Bu söz dörd hərifdən bir hecadan ibarət olsa da masnı o qədər  böyükdür ki, onu bir kəlimə ilə ifadə etmək mümkün deyildir.Təəssüflər olsun ki,bugün bu sözün dəyərini heç kim anlamır.
 
Dostluq münasibəti çox dərin,mənalı olan anlayışdır.Dostluq ehtiyaclarımızda biridir.Bizim hər zaman sirdaşa,dürüst bir insana ehtiyacımız var.Bizə düzgün yolu göstərən,bizə qayğı göstərən,düşünən,hörmət edən,anlayan birisi mütləq olmalıdır.Əgər sənin bir problemin varsa sənə kömək edə biləcək insan sənin dostundur.
 
Təcrübələr göstərir ki,hər adamnan dost olmaz.Bir insanı tanımaq üçün onunla yol yoldaşı olmaq mütləqdir.Əsil dost dar gündə tanınar.Sənin probleminin həllində kömək etməli,sənə düzgün seçim etməkdə yol göstərməlidir.
 
Əsil dost səni pis vəziyyətdə qoymamalı,anlayış göstərməli,cəmiyyət içərisində səni çətin hala salmamalıdır.Sənə qarşı təvaükar,dürüst,sadiq olmalıdır.Yəqin ki, sizin də həyatınızda belə bir insan var, bir anlıq fikirləşin ki,bu insanı tanıdığımız günlərdən bəri həyatınızda nələr dəyişib..O insanın sizə qarşı yaxşı və ya pis olduğunu seçə bilirsinizmi? Sizə qarşı hər zaman dürüst olmağı bacarıb mı? Yoxsa çətinliyə düşdüyünüz zaman sizə kömək etmək əvəzinə bəhanələrlə sizi yola verib.Bəzən illərlə insanların əsil üzlərini görmək olmur.Elə bir vaxt çatır ki,o sizdən gözləmədiyi bir şeyi görür və o an o qədər bütün hörməti silir və sizi yarı yolda qoyur.
 
Həyatda elə bir uğur əldə edə bilərik ki,bu yanımızdakı insana yaxşı təsir etməz və qısqanclıqdan sizə qarşı münasibəti dəyişər.Hər kəsin sizinki kimi təmiz ola bilməz.Elə insanlar var ki,dostlarının,yaxınlarının uğur əldə etməsini,zirvəyə qalxmasını gözü götürmür.Bunun bir adı var:Qısqanclıq.Buna görə də sizinlə zirvəyə qalxmaq istəməyənləri geridə qoymalısınız.Bəzən uğuru olmayan,məqsədi olmayan insanlar o qədər mənasız məsləhətlər verirlər ki.insan özü-özlüyündə fikirləşir ki,belə insanlarla necə eyni havanı alır.
 
Sənə həyatda ən gözəl dostların olmasını arzulayıram.Səni tamamlayan, səni başa düşən, düzgün yol göstərən və səni çox sevən. Çətin bir vaxtında əlindən tutsun və səni ayağa qaldırsın.
 

ŞƏRH YAZIN