Doğru Yolda Olduğunuzu Göstərən Səbəblər

0
3583
Doğru Yolda Olduğunuzu Göstərən Səbəblər

Bəzən insan "görəsən doğru yoldayam?" deyə narahatlığa qapılır və özündən əmin ola bilmir. Aşağıda sadaladığımız duyğu və düşüncələrə sahibsinizsə, narahat olmayın çox böyük ehtimalla doğru yol ilə gedirsiniz deməkdir.

1. Səhərlər evdən çıxıb gedərkən həyəcanlı hiss edirsinizsə,
 
2. Yorğun hiss etdiyinizdə, məmnun da olursunuzsa,
 
3. Nəticə nə olursa olsun, peşman deyilsinizsə,
 
4. Özünüzə olan inamınızın səbəbini bilməsəniz belə, özgüvəniniz yerindədirsə,
 
5. Keçmişdən çox gələcəyi düşünərək yaşayır, dünənə ilişib qalmaq yerinə sabaha baxırsınızsa,
 
6. Hər gün özünüzü bir addım daha irəli aparmaq üçün içinizdə bitmək bilməyən bir istək varsa,
 
7. Ətrafınızdakı insanlarla, məqsədləriniz və hədəfləriniz ilə bağlı həyəcanla danışırsınızsa,
 
8. Ətrafınızdakı insanlar, görmək istədiyiniz şeylərin çox çətin olduğunu dediklərində belə, əl çəkmirsinizsə, doğru yoldasınız deməkdir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN