Devid Oqilvi - Reklam Əfsanəsi

0
2563
Devid Oqilvi - Reklam Əfsanəsi

Sektorda reklamçılıq ifadəsi ilə adı eyni xatırlanan və "Neyromarketinq" – in meydana gəlməsinin təməlini qoyan "İnsanlar hiss etdiklərini düşünə bilmirlər, düşündüklərini ifadə edə bilmirlər və söylədiklərini etmirlər" ifadəsinin sahibi Devid Oqilvi "Reklamın Atası" kimi tanınır. Onun "Reklamın Atası" olaraq tanınmasının səbəbi, çox uğurlu işlər görməyi olub, güclü agentliklərin və reklam işinə girməyi düşünən hər kəsin oxuması lazım olan bir neçə kitab və reklamaçılıqla əlaqədar ilham verən bir çox gözəl şuarlar yazıb. 

 
23 İyun 1911-ci ildə İngiltərənin Vest Horsli şəhərində dünyaya gələn Devid Makenzi Oqilvi, orta səviyyəli bir ailənin uşağı idi. 
Hər nə qədər Edinburq Fitis (İngiltərə), Oksforddakı Krayst Çerc kollecinə təqaüdlə oxumasına baxmayaraq, atasının işi çətinliyə düşəndən sonra, Devid təhsil həyatına dəstək vermək üçün öz yolunu tapmaq məcburiyyətində qalıb.
 
Uğursuz magistr təhsili və qapıdan qapıya satış işi.
 
1930 və 40-cı illərdə reklam karyerası bugünkü kimi deyildi. Bir çox uğurlu reklamçı çox fərqli yollardan reklamçılıq işinə gəliblər. Devid Oqilvi də onlardan biridir. O, Krayst Çercdən məzun olmadı və 1931-ci ildə Parisə getdi və orda Majestik mehmanxanasında işləməyə başladı. Bir il işlədikdən sonra, Oqilvi Şotlandiyaya qayıdaraq AGA sobalarını qapıdan qapıya satmağa başladı. Bu dövrdə, digər satıcılar üçün "AGA sobalarının satış nəzəriyyəsi və tətbiqi" başlıqlı bir təlimat kitabçası yazdı. Bu kitabçanın içindəki məlumatlar arasında bunlar var idi: 
 
"Nə qədər çox müştəri ilə əlaqə qursanız, o qədər çox satış edərsiniz və o qədər çox sifariş alarsınız. Ancaq görüş sayını lap çox edib satış keyfiyyətini salmaq kimi səhvlər etməyin. "
 
Fortuna jurnalı bu kitabçanın indiyə qədər yazılan ən yaxşı satış təlimatı kitabçası olduğu barədə məqalə dərc edib. Bu kitabça daha sonra gələcək daha böyük şeylərin bir işarəsi idi. 
 
Amerikaya gediş hekayəsi.
 
Oqilvi 1938-ci ildə arxasında çox qarışıq bir karyera buraxıb İngiltərəni tərk edərək, Amerikaya köçüb.
 
O, Amerikada Corc Qellapın İzləyici Tədqiqat İnstitutunda işə başladı. Sonrakı illərdə o, İnstitutda gördüyü işin onun düşünmə qabiliyyəti və doğru araşdırmaya güvənməsi üzərində əhəmiyyətli bir təsirin olduğunu bildirib. Bu hal Oqilvinin birbaşa poçt ilə marketinq və satış dünyasındakı böyük müvəffəqiyyətinin təməlini meydana qoydu. 
 
Ikinci dünya müharibəsi, milli təhlükəsizlik və Amiş icması.
 
Oqilvinin təhlil, insan davranışı, alış-satış və milliyyətçilik barədə ki, fikirləri Vaşinqtondakı İngilis Səfirliyinin Kəşfiyyat Xidmətinin diqqətini cəlb etmişdir. Burda "gizli kəşfiyyat sahələrində Qellap (Gallup) texnikasını tətbiq edərək" diplomatiya və təhlükəsizlik üçün təkliflərini vermişdi. Bu texnika, Avropada Eyzenxauer Psixoloji Herbi Şura tərəfindən uğurla istifadə edilmişdir. 
 
Çox çətin işlərdə işləyəndən sonra, Oqilvi vəzifəsini tərk edir və Pensilvaniya, Lankasterdə kiçik ferma alıb ora köçür. Müasir dövrün heç bir texnologiyasından istifadə etməyən Amiş icması ilə birgə, bir neçə il dinc həyat yaşayıb. Ancaq Manxettendən çağıriılmasına müsbət cavab verir və Manxettenə geri qayıdır. 
 
"Oqilvi və Mazerin" ilk illəri.
 
Devid Oqilvi ilk agentliyini 1948-ci ildə 37 yaşında qurdu. Hyuit, Oqilvi, Benson və Mazer adları ilə tanınan agentliy, sonunda "Oqilvi və Mazer VörldVayld" adını aldı. Əlbəttə, Oqilvi bu sektorda tək deyildi. Şirkət, müvəffəqiyyətli bir London agentliyi olan "Mazer & Krouter"-in üzərində qurulmuşdu və böyük qardaşı Françis tərəfindən idarə edilirdi. 
 
Qurulan yeni agentliklə əlaqədar təəccübləndirici olan şey bu idi ki, Devid Oqilvi həyatının o gününə qədər heç bir zaman reklam yazmayıb. Bir reklam layihəsi üçün heç bir fikri yox idi. Bəziləri bunun həddindən artıq cəsarət tələb etdiyini söyləsələr də, digərləri bunun axmaqca olduğunu söyləyirdilər. Amma Ogilvinin çox yüksək motivasiyası var idi. Bankda isə yalnız 6 min dollar var idi. Bu məbləğ sadə vətəndaş üçün pis deyildi. Lakin Nyu Yorkun mərkəzindəki bir reklam agentliyi üçün bir sərvət deyildi. Demək olar ki, sıfırdan Oqilvi böyük bir imperiya qurmağı bacardı. 
 
"Əgər bir reklam satışı artırmırsa yaradıcı sayıla bilməz." - Devid Oqilvi.
 
Bu söz reklam sahəsində çox istifadə edilən ifadələrdən biri deyil; xüsusilə indiki dövrdə məhsulu satmaq əvəzinə mükafat qazanmaq üçün daha çox işlər görülür. 
 
Ogilvinin agentliyini qurmağa kömək edən reklamlardan bəziləri bunlardır:
 
•Hatvey köynəkli adam.
 
•Rolls-Roys Reklamı saatda 60 km sürətlə hərəkət, yeni Rolls-Roys da ən yüksək səs sadəcə elektrikli saatdan gəlir.
 
•Pablo Casalas Puerto Rikoya evə gəlir.
 
•Yalnız Dove dörddə bir nəmləndirici kremdən ibarətdir.
 
Dove reklamlarından sonra bu kampaniyanın sabunu ABŞ-da ən çox satılan sabun oldu. Bu müvəffəqiyyət, Oqilviyə Lever Brothers, General Foods, Shell və American Express kimi əhəmiyyətli müştərilər qazanmağa kömək etdi. Bunlar Oqilvi və Mazerin qızıl illəri oldu. 
 
Oqilvinin aşağıdakı ifadəsi, indiki zamanda məşhur olan “NeyroMarketinq" axınının təməlindəki gerçəyi üzə çıxardır:
 
“People don’t think what they feel, don’t say what they think and don’t do what they say.” – Devid Oqilvi.
 
“İnsanlar hiss etdiklərini düşünə bilmirlər,düşündüklərini dilə gətirə bilmirlər və dilə gətirdiklərini həyata keçirmirlər” – Devid Oqilvi.
 
Təqaüd dövru.
 
Bir reklam imperiyası qurandan sonra, Devid Oqilvi, 1973-cü ildə 62 yaşında “Oqilvi və Mazer”-in İdarə heyətindən ayrılıb təqaüdçü olaraq Fransadakı evinə köçür.  Lakin 1980-ci illərdə o Hindistandakı "Oqilvi və Mazer" şirkətinin prezidenti olur. Bu vəzifədən razı qalmasa da, "Oqilvi və Mazer"-in Almaniyadakı ofisində bir il müddətində müvəqqəti prezident olaraq qaldı və Almaniya-Fransa arasında 902 km məsafəni gündəlik səfər etdi. 
 
1989-cu ildə Oqilvi Qrupu WPP tərəfindən satın alınmışdır. Bu, Sir Martin Sorrellin sahibi olduğu dünyanın ən böyük marketinq firması idi. WPP, Devid Oqilvini satın aldığı şirkətdə prezident təyin etdi və bu vəzifədə üç il saxladı. 
 
Devid Oqilvi, 21 İyul 1999-cu ildə Fransanın Tufü şəhərindəki evində 88 yaşında dünyasını dəyişdi. Dünyasını dəyişmiş olsada hələ də reklamda ən məşhur ad idi və hazırladığı bir çox reklam zamanına meydan oxudu. 

ŞƏRH YAZIN