Bu Taktikalar İşinizə Yarayacaq

0
2927
Bu Taktikalar İşinizə Yarayacaq

1. İnsanlar kollektiv şəkildə gülərkən, hər kəs həmin mühitdə daha çox xoşu gəldiyi insana nəzər salır. 

2. Vacib bir iş öncəsi gərgin olduğunuzu hiss edirsinizsə, saqqız çeynəməyiniz məsləhətlidir. Saqqız, stressi yüngüləşdirmək üçün bir vasitəçidir. Çünki orqanizm qida qəbulunu təhlükəsizlik hissi ilə əvəzləyir.
 
3. Yaxın çevrədən kimsə əsəbi halda üstünüzə qışqırırsa, ona yüksək tonla cavab verməyin. Ya hisslərinizi cilovlayıb sakit şəkildə cavab verin, ya da ümumiyyətlə heçnə deməyin. Qarşısınızdakı insan daha sonra səhvini başa düşüb peşman olacaq.Hətta sizdən üzr də istəyəcəkdir.
 
4. Həmsöhbətin sizin suala verdiyi cavabın natamam, yaxud qeyri-dəqiq olduğunu hiss edirsizsə, sualı təkrar verməyin, sadəcə gözünün içinə baxın. Belə olan halda adam yüksək ehtimalla öz cavabını tamamlamağa, əlavələr etməyə başlayacaq. 
 
5. Emosiyaların mimikalara təsiri birtərəfli deyil. Mimikalar da emosiyalara təsir edə bilir. O deməkdir ki, məsələn, məclisdə istəmədiyiniz halda üzünüzdə süni təbəssüm yaradırsızsa, bu halın bir neçə dəfə təkrarlanması sizin əhvalınızın yaxşılaşmasına səbəb olacaq. Başqa sözlə, təkrarlanan süni mimika onun bağlı olduğu emosiyanı oyadır.
 
6. Müəyyən bir adamla tez-tez görüşməli olursuzsa və bu münasibəti saxlamaq sizin üçün əhəmiyyətlidirsə (amma həmin adamdan xoşunuz gəlmirsə), onunla hər görüşəndə süni mehribanlıq etsəz, bu hal bir neçə dəfə təkrarlandıqdan sonra əsl mehribanlığa çevriləcək. 
 
7. Söhbət zamanı "məncə”, "mənə elə gəlir ki”, "mənim fikrimcə” və bu kimi digər ifadələrdən yersiz istifadə etməyin. Onsuz da başa düşülür ki, dedikləriniz sizin fikirlərinizdi. Belə ifadələr işlətməklə özündən müştəbeh adam təsiri yaradırsız. 
 
8. Müsahibə verərkən, elə təsəvvür edin ki, müsahibə götürən adam sizin köhnə dostunuzdur, çoxdan görüşmürdüz, indi rastlaşmısız. Bununla şüuraltına təsir edə, həyəcandan qurtula, özünüzü sərbəst hiss edə bilərsiz.
 
9. Bir adam bundan öncə sizin nisbətən əhəmiyyətli bir xahişinizi yerinə yetirməkdən imtina edibsə (yaxud güzəşt etməyibsə), ikinci və daha az əhəmiyyətli xahişinizi də yerinə yetirməkdən (yaxud güzəşt etməkdən) imtinaya meyllidir.
 
Halbuki, ondan ilk xahişiniz sonuncu dəfə xahiş etdiyiniş şey olsaydı, xırda əhəmiyyətli olduğuna görə çox güman ki bunu yerinə yetirərdi.
 
10. Özünüzü gərgin hiss etdiyiniz anları özünüz üçün imtahan kimi qəbul edə bilsəz, stressin mənfi effekti azalacaqdır. Başqa sözlə, stressli şəraitdə bunun bir imtahan olduğunu özünüzə təlqin edin. 
 
11. İnsanlar bir çox hallarda hansısa bir işə həqiqətən qadir olduqlarını başqaları üçün inamlı şəkildə nümayiş etdirə bilmirlər. Hansısa bir işə qadir olduğunuzu qəti şəkildə nümayiş etdirə bilsəz, adamları öz ətrafınıza cəzb edə biləcəksiz.
 
12. Adamlarla tez-tez görüşləriniz olursa (məsələn, idarənin qəbul otağında), arxa tərəfdə güzgü olması işə yarayır. Görüşdüyünüz adamlar özlərinə güzgüdə baxır, buna görə də, güzgüsüz halda ola biləcəyindən daha nəzakətli olmağa çalışırlar. Çünki normal adamlar güzgüdə özünü pis sifətdə görmək istəməz. 
 
13. İclas yaxud toplantı zamanı kimdənsə sərt tənqid gözləyirsizsə, həmin adamla yanaşı (yaxın) oturacaqda özünüzə yer seçsəz, onun gözlənilən aqressiyasını azaldacaqsız. 
 
14. İlk görüşü həmişə elə yerlərə təyin edin ki, həmin yer daha çox müsbət emosiyalar yaradır. Bununla, həmin görüş yaddaşda daha canlı, unudulmaz, xoş xatirə kimi qalacaq.
 
15. İlk görüş zamanı adamın gözlərinin içinə baxmaqla, onun göz rəngini özünüz üçün təyin edin. Bu informasiya beyinin müvafiq şöbələrinə ötürülməklə, sizə yardım edə bilir. Daha doğrusu, həmin adam sizinlə uzun müddətli münasibətə layiq biridirsə, münasibətlərin qurulması sürətlənəcək, layiq deyilsə, bu adamla münasibətdən vaxtında vaz keçməyə yardım edəcək.
 

ŞƏRH YAZIN