Bu həyatda nələr öyrəndik nələr...

0
8465
Bu həyatda nələr öyrəndik nələr...

Insan hər yaşda mütləq bir şeylər öyrənər... Jackson Brown’un "Bu Həyatda Nələr Öyrəndik Nələr" adlı kitabından bəzilərini oxuyaq:

* Özümü əyləndirmək istədiyim zaman ən yaxşı yolun başqa birini əyləndirməyə çalışmaq olduğunu öyrəndim. Yaş: 13
* Bir körpənin evlilik problemlərini həll edə bilməyəcəyini öyrəndim. Yaş: 24
* Bir məsələdəki problemi həll etmədən yatağa gedilməməsi lazım olduğunu öyrəndim. Yaş: 29
* İnsanın özündən daha problemli biriylə evlənməməsi lazım olduğunu öyrəndim. Yaş: 31
* İş yerində romantik əlaqələr axtarılmaması lazım olduğunu öyrəndim. Yaş: 31
* Rəhbərlik etdiyimiz insanlara yaxşı davrandığımızda, onların da müştəriyə yaxşı davrandıqlarını öyrəndim. Yaş: 49
* Bir yığıncaqda zəkamı, ya da söhbətimi göstərmək mövzusunda seçim etmək lazım gələrsə, söhbəti seçməyimin daha yaxşı olacağını öyrəndim. Yaş: 53
* İnsanlara yaxşı davranmağın heç bir xərci olmadığını öyrəndim. Yaş: 66
* Həqiqətən yaşamağa başlamaq üçün təqaüd gözlənərsə, çox uzun bir müddət gözlənilmiş olacağını öyrəndim. Yaş: 67
* Yaxşı ürəkli olmağın, mükəmməl olmaqdan daha əhəmiyyətli olduğunu öyrəndim. Yaş: 70* Bir donuza və bir uşağa istədikləri hər şeyi versəniz nəticədə çox yaxşı bir donuzunuz və çox pis bir uşağınız olacağını öyrəndim. Yaş: 77
* Kiminlə evlənəcəyin qərarının həyatda verilən ən əhəmiyyətli qərar olduğunu öyrəndim. Yaş: 95
 

ŞƏRH YAZIN