Bəhanə Tapma Xəstəliyindən Necə Xilas Olmaq Olar?

0
2164
Bəhanə Tapma Xəstəliyindən Necə Xilas Olmaq Olar?

İnsanların uğur qazanmasının qarşısını alan ən mühüm güclərdən biri, hazırkı olduqları mövqeyə baxışlarıdır.

Onların həsrətini çəkdikləri uğura nail olmalarını əngəlləyən ən mühüm güc yaşadıqları mühit, ailə quruluşları, yaşadıqları şəhər və s. amillərdir.
 
 Bu insanlar həyata necə baxırlar?
 
"Ailəmiz çox kasıbdır, mən universiteti heç vaxt qazana bilmərəm"
 
"Bu içki bataqlığına bir dəfə düşmüşəm artıq çıxış yolum yoxdur"
 
"Mən bu kənddə doğulmuşam gedəcəyim heç bir yer yoxdur. Həyatımın sonuna qədər burada yaşamaq məcburiyyətindəyəm".
 
"Gözlərim bir xəstəlik üzündən kor oldu. Nə kitab oxuya bilərəm, nə də kitab yaza bilərəm. Mənim mədəni həyatım artıq bitdi".
 
Bunlara bənzər düşüncələrə sahib olan insan sayı olduqca çoxdur. Əslində bütün bu düşüncələrin ortaq nöqtəsi budur: "Bəhanə tapma xəstəliyinə tutulmuş olunması".
 
Bu xəstəlik, insanın hədəflərinə çatması üçün etməsi lazım olanları əngəlləyən bir virus kimidir. İnsanın beynindən vücudun ən həssas nöqtələrinə qədər yayılır. Və sonda insanın həm emosional gücünü, həm də fizioloji gücünü nəzarəti altına alır. Yəni insanın taleyini nəzarət altına alır.
 
Bəhanə tapma xəstəliyinin reseptinə beş dənə dərman yazırlar. Mütləq bu dərmanların istifadə edilməsinə diqqət edilməlidir.
 
1.Uyğun bir hədəf təyin etmə:
 
Həyatdan nə gözləyirsiniz? 5 və ya 10 il sonra hansı mövqedə olmaq və necə bir həyat yaşamaq istərdiniz? Beyninizdə dolaşan hədəfə həqiqətən çatmağı istəyirsinizmi? O məqsədə çatmaq üçün nə kimi fədakarlıqlar etməlisiniz? Əsas hədəfə çatmaq üçün həyatınızı, illərinizi, aylıq yollarınızı və hətta günlərinizi, sizi əsas hədəfə çatdıracaq ara hədəflərlə doldurdunuz mu? O hədəfə çatmaq üçün həqiqətən qərar verdiniz mi? Bu suallara verəcəyiniz cavablar sizin bir hədəfə mi ya bir həvəsə mi özünüzü adadığınızı göstərəcək. Bəhanə xəstəliyindən xilas olmaq üçün öncə sizə güc verəcək bir hədəfi bu suallara cavab verərək müəyyən edin.
 
2.Qərar vermək:
 
Hədəfiniz məlum, ancaq ona çatmaq üçün qəti qərar verməmisinizsə, qarşınıza çıxacaq hər bir maneədə imtina etmə təhlükəsi ilə qarşı-qarşıya qalabilərisiniz. Həyatda nail olunanlarla nail oluna bilməyənlər arasındakı ən mühüm fərqləndirici amil "qərar"dır. Qərar sayəsində bir insan hərəkətə keçir, qərar sayəsində bir insan qarşılaşdığı maneəni aşma gücünü özündə görür. Qərar sayəsində insan uğur səyahətinə çıxır. Qərar sayəsində insan "bəhanələr dənizində" boğulmaqdan xilas olar.
 
3.Nail Olacağına inanmaq:
 
Bir insan olacağına inanmırsa, müəyyənləşdirdiyi bir hədəfə əsla çatmaz. Çox insan həyatını idarə edənlərin ailəsi, ətrafı və ya dostları olduğunu zənn edir. Əslində bir insanın həyatını istiqamətləndirən ən mühüm güc müəyyən etdiyi hədəfə çatacağı istiqamətdə içdən duyduğu bir "uğur inancı" - dır. İnancın niyə bu qədər əhəmiyyətli olduğunu Entoni Robbins belə izah edir: "İnancımızı bir dəfə qəbul etdiyimiz zaman, bunlar əsəb sistemimizə mübahisəsiz sərəncamlar formasında çatdırır, bugünkü və gələcək imkanlarımızı genişləndirmək ya da yox etmə gücünə sahib olurlar". Göründüyü kimi, inancın bir dağıdıcı, bir də konstruktiv istiqaməti vardır. "Bəhanə xəstəliyinə" yaxalanmış olan insanlarda destruktiv tərzdə bir inanc vardır. Onlardakı inanc: Məqsədlərinə çatmağa müvəffəq olmayacağı istiqamətindədir. Bu vəziyyətdən xilas olmağın yolu isə insanı uğura çatdıracaq inanclar tutmaqda yatır.
 
4.İmtina etməmək:
 
Elektrikin ixtiraçısı Edison üzərində çalışdığı yeni ampulanın içinə qoyacağı tel üçün 200-dən çox maddə sınamışdır. Yaxın dostları ona "200-dən çox maddə sınadın yenə də bacara bilmədin. Niyə bu işdən əl çəkmirsən deyəndə onlara dönərək "mən bu sınaqlarla 200-dən çox maddənin ampulanın içinə qoyula bilmiyəcəyini tapdım" deyə cavab verib. O maddə axtarmaqdan əsla əl çəkməmişdir. Sonda isə ampulanı işıqlandıracaq maddəni tapıb. Sizlər də məqsədinizə nail olacağınız maneələr qarşısında əsla imtina etməyin. Bu vəziyyət əslində sizin uğura nə qədər yaxın olduğunuzu göstərir.
 
5.Daxili nizam-intizam sahibi olmaq:
 
Uğura nail olmaq üçün müəyyən fədakarlıqlar etməlisiniz. Axşam gec durmalısınız. Daha az yatmalı, daha çox çalışmalısınız. Əyləncəyə ayırdığınız vaxtı məhdudlaşdırmalısınız. Bu fədakarlıqları etmək zənn edildiyi qədər asan deyil. Çünki bu vərdişlər özünü qoruma altına almışdır. Sizin hər bir həmlənizə cavab verir. Belə olmasaydı dərs çalışmağınız lazım olduğunu bildiyiniz halda kinoya gedərdinizmi? Bitirməyiniz lazım olan bir hesabatın olduğunu bildiyiniz halda axşam əyləncə məkanlarını gəzərdinizmi? Bunun səbəbi sizdə bir "daxili intizam" problemin olmasıdır. Yəni sizdə başqa sözlə "iradənizə sahib ola bilməmə" problemi var. Bəhanə xəstəliyinə tutulmuş insanlarda yüksək səviyyədə "daxili intizam" çatışmazlığı var. Daxili intizam sahibi ola bilmənin yolu insanın hisslərinə və fiziologiyasına sahib olmaqdan keçir.
 
Hazırda həyatımızı asanlaşdıran tikiş maşınının ixtiraçısı Elias Howe, icad etdiyi maşının ucuna taxacağı iynəni tapmaq üçün çox çalışmışdı. Hər sınağında müvəffəqiyyətsiz olurdu. Amma o "belə bir maşın heç vaxt ola bilməz, mən də bunu edə bilmərəm" bəhanəsinə sığınmadı.
 
Günümüzdə ən önəmli xəstəliklər kimi tez-tez vurğulanan "xərçəng", "QİÇS-in", əslində fərdi və ictimai gələcəyimizə əhəmiyyətli dərəcədə təsir edən "bəhanə xəstəliyindən" daha çox əhəmiyyətli deyil. Çünki QİÇS-in və xərçənglə müharibənin ilk mərhələsi "sağalmayacağam" bəhanəsindən xilas olmaqla başlayır.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN