Adamsın Mükafat Ədaləti Və Bərabərlik Qaydası

0
3652
Adamsın Mükafat Ədaləti Və Bərabərlik Qaydası

J. S. Adams ABŞ-ın Ümumi elektrik müəssisəsində izlənmə mövzusunda bəzi araşdırma və sınaqlar apararaq, mükafat ədaləti işçilərini davamlı izləmək və təhlil etmək baxımından çox əhəmiyyətli bir dəyəri olduğunu bildirmişdir. Adams araşdırmalarında işçilərin özlərinə verilən mükafatlarla başqalarına verilən mükafatları müqayisə etdikləri və özlərinə uyğun görülən mükafatların eyni uğuru göstərən digər adamlarla hansı şərtlərlə bərabər olduqlarını izah etməyə çalışmışdır. Bu qarşılaşdırmada işçilər özlərinin bacarıqlarını və dəyərlər olaraq əməklərini, zəkalarını,  bilik və təcrübələrini istedadla ortaya qoyduqları uğurlarını göstərirlər. Buna qarşılıq aldıqları mükafatlar qiymət və status, primlər, təkliflər və oxşar sosial yardımlar və qaynaqlar ilə iş yeri və iş güvənliyi məşğuliyyətlərini yaxşılaşdırmaqdadır. İşçilər mükafat ədalətini bildirmək üçün bu iki ünsürün bir-biriləri arasındakı əlaqələrini qarşılaşdırırlar. Əgər bərabərsizlik varsa, mükafat ədalətinin pozulduğu və bir nizamsızlıq halının ortaya çıxacağı gözlənilir. 

İşçi öz əlaqələri ilə başqalarının əlaqələrini müqayisə edərək bir dəyərləndirmə edir. İşçi özünü başqalarıyla müqayisə edərək daha çox işlədiyinə görə daha yüksək qiymət və maaş almağı düşünə bilərlər. O zaman bu işçinin əlaqəsi daha yüksək qəbul edilir. Bu zaman işçi nəticədən əldə etdiyi mükafatları digər şəxslərlə qarşılaşdırır. Bu zaman onu qeyd etmək lazımdır ki, bu qarşılaşdırmalar, ortalamalar və qarşılaşdırılan qruplar işçilərin subyektiv fikirləridir. Şəxsin bu əlaqələri bir-birilərindən nə qədər böyük ya da kiçik olduğunda uyğunsuzluq hiss edəcəyini,  nə zaman hiss edilməyə başlayacağı sualını verə bilər. Adams buna qarşılıq olaraq, şəxsin aldığı mükafatlar digərilə müqayisədə daha azdırsa, uyğunsuzluğu tez hiss etməyə başlayacaq.  Deməli, az mükafat alanla çox mükafat alan eyni zamanda uyğunsuzluq kateqoriyasını dəf edə biləcəklər. 
Bərabərlik hissi şəxsin statusunu və ya pozisiyasını qoruması, onun davam etdirilməsinə yönəlmiş izləyici olmalıdır.
Bərabərsizliyin çox olması izləmə prosesinin yüksək olmasını zəruri edir. Adams fərdlər arasındakı bərabərsizliyi azaltmaq üçün zəruri olan 6 qaydanı təklif edir: 
 
1) Birincisi, öz daxilolmalarını dəyişdirə bilər. Beləcə, bir fərd öz nisbətini bir şəkildə dəyişərək, sözügedən sinxronlaşdıran şəklinə bağlı olaraq işində daha az və ya daha çox səy göstərə bilir.
2) Öz büdcə xərclərini dəyişdirə bilər. (Maaş artımı, istəyərək böyüməyə və inkişaf etməyə dair yeni yollar axtarmağı seçə bilər)
3) Daha qarışıq bir münasibət öz qavramasında da müəyyən dəyişikliklər edə bilər. Bərabərsizlik gördüyündə fərd öz real olduğu  səviyyəsini də dəyişdirər və beləcə, həqiqətən, daha çox əməyi, zəhməti olduğuna qərar verəcəkdir. Ancaq realda inandığından, daha çox qəbul edəcəkdir. 
4) Düşüncələrini dəyişdirə bilər. Məs: Mükafatlandırılmayacağını hiss edən insan özünü digərləriylə müqayisə edərkən realda gördüyündən daha çox işləməsi lazım olduğunu düşünəcəkdir. 
5) Yenə bərabərliyi azaltmağın başqa forması müqayisə hədəfini dəyişdirə bilməkdir. Məs: şəxs başqalarıyla nisbətdə mövcud müqayisəni, nadir hallarda şanslı olması və ya xüsusi qabiliyyət və bacarıqlara sahib olması şəklində düşünə bilər və müqayisə etmək üçün daha tutarlı bir əsas təmin edər. 
6) Son çarə olaraq fərd mövqeyini asanlıqla tərk edə bilər. Yəni başqa bir departamentə transfer olaraq, ya da sadəcə tamamilə imtina etmək bərabərsizliyi azaltma şəkli müşahidə edilə bilər.
 
Uğursuzluğun ortaya çıxmasını belə müəyyən edə bilərik:
Uyğunsuzluq şəxsin mükafat / qatqı halları ilə digər şəxsin mükafat / qatqı halı ilə eynilik təşkil etməyəndə ortaya çıxa bilir;
Uyğunsuzluq bir gərginlik mənbəyidir;
Uyğunsuzluq nə qədər çox hiss edilərsə, bu gərginliyi azaltma istəyi bir o qədər də çox olacaqdır;
Daha az mükafat alan şəxsin uyğunsuzluq nisbəti mükafatları çox olan bir şəxsə görə aşağı olacaqdır; 
 
Hazırladı: Qasımova Fatiməxanım
 

ŞƏRH YAZIN