7 Addım Ilə Qəzəb Hissinə Nəzarət Et

0
2689
7 Addım Ilə Qəzəb Hissinə Nəzarət Et

Qəzəb hissinə nəzarət etmə və idarə etmə ilk əvvəl ailədə öyrənilir. Qəzəbin bədənə hakim olması ilə ortaya çıxan fiziki əlamətləri belə sıralamaq olar: Gərginlik başlayır, enerji artıran adrenalin ifrazatı artır, nəfəs alıb vermə sürətlənir, ürək döyüntüləri artır, qan təzyiqi çoxalır, bədən və zehin mübarizə aparır, ya da qaçmaq reaksiyası üçün hazırdır.

ƏHƏMİYYƏTLİ OLAN QAYNAĞA ENMƏK
 
Qəzəbin nə ilə qidalandığını tapmaq, həlli qədər əhəmiyyətlidir. Bu gərginliyi doğuran səbəblər arasında əngəllənmə və məhdudlaşmaya tez-tez rast gəlinir. Susama, aclıq hissləri kimi fizioloji tələblərin ödənməməsi və şərtlərin uyğun olmaması da təkan verir. Qəzəbi ruhi, emosional bir nizamsızlıq olaraq düşünsək az borclu insanlar daha çox hirslənməyə meyllidirlər. Gözləntilərini qarşılayan rejimin kənardan gələn bir səbəblə pozulmasına dözə bilməzlər. Kiçik problemli insanlar xüsusilə cəmiyyətdə çətinlik yaşayarlar.
 
QƏZƏB NƏZARƏTİ AİLƏDƏ BAŞLAYIR
 
Mühüm olanın qəzəbi tamamilə ortadan qaldırmaq deyil, o duyğuyla edilən davranışlara nəzarət etməkdir. "Nə oldu da mən hirsləndim, məni qəzəbləndirən nə idi?" suallarını içimizə qayıdıb soruşaraq özümüzü zənginləşdirib, inkişaf etdirmiş olarıq. Bir şeyləri dəyişdirib, ya da fərq edib düzəliş fürsəti yaxalamış olarıq.
 
Qəzəbə nəzarət etmək və idarə etmək ailədə başlayan, mədəni bir təhsil məsələsidir. Necə ana və ata tualet mədəniyyətilə bağlı təhsil verirsə, qəzəb nəzarəti təhsilini də uşaqlarına verməlidirlər. Mədəniyyətimizdə duyğu təhsili deyə bir anlayış olmadığı üçün ailənin münasibəti həlledici olur. Məsələn, məktəbdə uşaqlar dava edərkən bəzi valideynlər “sən də ona vursaydın” deyərkən, bəzisi də “get müəlliminə söylə”, bəzisi də “get dostunla danış” deyir.
 
HİRSLƏNMƏK BAŞLANĞICDA LƏZZƏT ELİYİR
Qəzəb bölüşmədən yox olan bir duyğu deyil. Qəzəbinin ilk hiss edildiyi zaman insanda xoşluq yaratdığını və kef verdiyini qeyd edərək, "Mənfi tərəfi nəzarət et zaman ortaya çıxır. Qəzəb danışılmalıdır. Üstünü örtmək lazımdır" təklifimizi irəli sürürük.
 
Qəzəbə nəzarət etmə yollarından bəziləri belə sıralanır: 
 
7 ADDIMDA ƏSƏB NƏZARƏTİ
 
-Qəzəb hissinin yox edilə bilmiyəcəyini unutmayın.
 
-Qəzəb bölüşmədən yox olan bir duyğu deyil. Niyə hirslənirsiniz, nələr yaşadığınızı, hisslərinizin nə olduğunu və özünüzü necə hiss etdiyinizi bölüşün.
 
-Özünüzü və bir-birinizi dinləyin.
 
-Duyğularınızı bölüşsəniz qəzəbinizin daha məqbul qarşılanacağını unutmayın.
 
-Hadisənin təfərrüatlarını, posesləri və  alınan reaksiyaları həzm etməyə çalışın.
 
-Qəzəbinizə nəzarət edə bilmirsinizsə, qəzəb doğuran şərait və vəziyyətdən uzaqlaşmağı seçin.
 
-Xarakterik xüsusiyyətinizin nə olursa olsun, bir başqasına zərər vermə haqqınız olmadığını unutmayın.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN