Eynşteyn və Sürücüsü

0
7995
Eynşteyn və Sürücüsü

Eynşteyn hara getsə sürücüsü ilə gedərmiş. Bir gün yenə konfransa getdikləri zaman sürücüsü Eynşteynə deyir ki, mən sizin bütün konfranslarınızda iştirak edib sizə qulaq asıram, ona görə də danışdıqlarınızın hər birini hərfi-hərfinə bilirəm. Fürsətdən istifadə edən Eynşteyn deyir ki, bu gedəcədiyim konfransda məni heç kim tanımır. Sən mənim əvəzimə konfransda çıxıb danışarsan. Sürücü razılaşır və hər şey qaydasında gedir. Konfransın sonunda salondakılardan biri sürücüyə fizika ilə bağlı çox çətin bir sual verir. Bu zaman bizim çevik sürücü ona deyir ki, “bu elə asan sualdır ki, bunu mənim sürücüm də bilər”. O, Eynşteyni sürücü kimi qələmə verir, Eynşteyn də sualı cavablandırır. 

Sözün qısası, zəkanızın çevikliyi sizi olduğunuz çətin vəziyyətdən çıxara bilər...
 

ŞƏRH YAZIN