Bill Geyts - Mikrosoftun Yaradıcısı!

0
7595
Bill Geyts - Mikrosoftun Yaradıcısı!

Bill Gates Microsoft şirkətinin yaradıcısıdır. O, 2009-cu ildə dünyanın ən varlı adamı seçildi. William Henry “Bill” Gates III və ya ən çox bilinən adı ilə Bill Gates, 28 oktyabr 1955-ci il tarixində ABŞ-ın Sietl şəhərində anadan olmuşdur.

Anası Müəllimə, Atası Vəkil idi. Kiçik yaşlarından informatikaya marağı olan Gates aşağı sinifdən İnformatika kurslarına getməyə başlamışdı. Sinif yoldaşı Paul Allen ilə birlikdə boş vaxtlarında kompüter ilə məşğul olurdular. İmkanları o qədər də yaxşı deyildi. Buna görə bir şirkətin kompüterlərindən istifadə etməli idilər. Onlar buna görə istifadəçilər üçün proqramlaşdırmada edilən səhvləri axtarırdılar və bununla da şirkətin kompüterlərindən rahatca istifadə edə bilirdilər. Bu yolla özlərini təkmilləşdirən bu iki cavan 1972-ci ildə ilk şirkətləri olan Traf-O-Data-nı qurdular. Traf-O-Data “yol hərəkəti sistemi” üçün programlar yazırdı və bununla da dostlar 20.000 dollara qədər gəlir əldə etdilər. Şəxsi(Personal) kompüterlər 1970-ci illərdə təkmilləşdirildi. MITS şirkətinin Altair adlandırdığı və natamam Əməliyyat Sistemi ilə işləyən kompüter hələ tam hazır deyildi. Dostlar 1974-cü ildə hazırladıqları “BASIC” proqramlama dili ilə Altair üçün öz proqramlarını yarada bildilər. MITS bu iki cavanın bu sahədəki bacarığını gördü və onlardan Altairi təkmilləşdirmələrini istədi. Bill Gates təhsilini yarımçıq buraxdı və Allen ilə birgə Nyu-Meksikoda Microsoft şirkətini qurdu. Kompüterlər üçün proqram yazan ilk şirkətlərdən biri Microsoftdur. 
Şirkətin ilk müştərilərindən biri General Electric oldu. Bundan sonra şirkət Apple, Tandy və Commodore kimi böyük PC markaları ilə müqavilələr imzaladı. Bununla yanaşı FORTRAN, COBOL və Pascal programlaşdırma dillərini təkmilləşdirməklə Dünya Miqyaslı bir şirkətə çevrildi. İlk satışlarını isə Yaponiya ilə həyata keçirdi…
Microsoft, 1979-cu ildə 13 işçi ilə  üç milyon dollar qədər  böyük bir gəlir əldə etməyə nail oldu. Bill kompüterlər üçün yazılmalı olan Əməliyyat Sistemləri layihəsinin İBM tərəfindən rədd edilməsindən sonra Seattle Computer Products(SCP) şirkətindən 50.000 dollara DOS Əməliyyat Sistemini satın aldı. Bununla birlikdə DOS-u hazırlayanlardan olan Tim Patersonu işçi heyətinə daxil etdi. Əməliyyat Sisteminin adı bir az dəyişildi və MS-DOS oldu. 80-ci illərdə, MS-DOS (Microsoft Disc Operating System – Diskli Əməliyyat Sistemi) Dünya üzərində rekord sayda satıldı: 120.000.000 ədəd. Həmin ilə üçün bu çox böyük ədəddir. Bu satışlardan sonra Şirkət daha da böyüdü və inkişaf etdi. Avropada Microsoft filialları tikilirdi və  artıq işçi heyəti 1000 nəfər idi. Bill Gates işçilərə ciddi nəzarət edirdi. Hər 6 aydan bir işçilərin işlərinə baxılırdı və şirkət üçün necə olduğu qiymətləndirilirdi. Gates Əməliyyat Sistemi ilə birlikdə Başqa proqramlar da hazırlayırdı. Microsoft Word də bu cür programlardan idi. Word yarandığı ilk zamanlarda Avropada çox satıldı. Lakin Amerikada Lotus 1-2-3 və WordPerfect kimi rəqibləri olduğu üçün çox az satılırdı. Hal - hazırda isə bu program demək olar ki, rəqibsizdir. Statistikalara görə Microsoft Office paketi dünya üzərində 1 milyarddan çox kompüterdə yüklüdür! Bu Microsoftun uğurunun sübutudur…Bununla bərabər Microsftun inkşafı Apple-ın onlara verdiyi sifariş ilə də sürətləndi. Apple Microsftdan Macintosh üçün Word və Excel hazırlamağı sifariş etmişdi. 1986-cı ildə sadəcə şirkətin Gatesə aid olan hissəsi (45%) 1 milyard dollar dəyərə sahib idi. 1985-ci ildə Bill MS-DOS-u təkmilləşdirdi və Windows Əməliyyat Sistemini hazırladı. Bu sistem Microsfun ən uğurlu layihələrindən oldu və aradan 3 il keçdikdən sonra Əməliyyat Sistemi dünya lideri oldu. Bill Gates Dünyanın ən varlı adamlarından biridir. Onun evi 5000 m² sahəyə sahibdir. Evin içində 60 metrlik bir hovuz, altında isə böyük bir musiqi zalı var. Əlavə olaraq 2500 m²  bir idman zalı və Da Vinci‘nin əlyazmaları var. Hesablanmışdır ki, Bill Gates saniyədə 230 $ qazanır.  
 

ŞƏRH YAZIN