Yaradıcılığınız Heç Bitməsin!

0
2326
Yaradıcılığınız Heç Bitməsin!

İnsana yaradıcı düşüncələr asan-asan gəlmir.İlham pəriləri nə zaman gələrsə o zaman da yaradıcı düşüncələr meydana gəlir.Ancaq bir an elə bir şey ola bilər ki, bütün yaradıcı potensialınız tükənmiş ola bilər.Bunun üçün depressiyaya düşmək lazım deyil. İlk öncə sizə sınanılmış təklifləri nəzərdən keçirtməyi tövsiyyə edirik:
 
1.Heç bir şey etməyin
Sakit oturun və dincəlin.Gözlərinizi yumun və zehninizdəki bütün düşüncələrdən uzaqlaşın.Harda olduğunuzu və zamanı unudun.Elə bu zaman beyninizdəki yaradıcı düşüncələr özü ortaya çıxacaqdır.
 
2.Yenilər fərqlilik yaradır.
Hər zaman eyni müştərilərin olması bir tərəfdən yaxşı ola bilər,ancaq bu, yaradıcılığınızı aşağı sala bilər.Yeni və kreativ fikirləri olan yeni müştərilər isə sizin güclü keyfiyyətlərinizi artırmaqla yanaşı , fərqliliklər də yarada bilər.
 
3.Fikir bildirin
Yəqin ki öz ixtisasınızla bağlı və yaxud sizə maraqlı olan bir çox səhifəni izləyirsiniz.Bəzən sadəcə onlara ötəri baxıb keçə bilərik ancaq fərqli paylaşımlara rəy  bildirmək də lazımdır.Öz peşəsində əsl ixtisaslaşmış insanlarla fikir yarışdırmaq maraqlı ideyalar meydana gətirə bilər.
 
4.Düşüncələrinizi yüksək səslə deyin
Bəzən uzun bir müddət üstündə dayanmadan düşündüyünüz problemi yüksək səslə dilə gətirən kimi həll yolu tapılır.Məsələ bundadır ki,bəzən məlumatın fərqli kanal vasitəsi ilə(indiki halda eşitmə kanalı) daxil olması onun başqa cür qəbul olunmasına səbəb ola bilər.Belə ki bu yolla ideyanızı kənardan görmüş olursunuz.Lakin bu üsuldan tez-tez istifadə etməyin,çünki sizi “dəli” hesab edə bilərlər.
 
5.Başqa bir məşğuliyyət tapın
Yaradıcı potensialınızın aşağı düşdüyünü hiss edirsinizsə, onda gözünüzü monitordan çəkin.Onun əvəzinə özünüzə başqa bir məşğuliyyət tapın.Evinizi səliqə-sahmana salın,qabları yuyun, düzəldilməli və ya təmir ediləsi bir şey varsa onunla məşğul olun. Bunları sadəcə faydalı olduğuna görə etmiş olmuyacaqsınız, bunlar etmək həm də yaradıcılıcılıq potensialınızın aşağı düşməsinin qarşısını da alacaqdır.
 
6.Yenidən başlayın 
Bəzən irəliləmiyimizdə keçmişdəki düşüncələrimiz əngəl törədə bilir.Biraz geriyə qayıdıb yenidən başlamaq üçün cəhd göstərin.Əvvəllər yazdığınız süjeti dəyişin və ya saytınızın kodunu dəyişin.
 
7.Səfərə çıxın
Bir müddətlik məkan dəyişikliyi kimi yaradıcılığa xoş təsir edəcək bir şey ola  bilməz.Xarici bir ölkə və ya hər hansı rayon, kənd, balaca bir şəhər də ola bilər.Məqsəd bir müddətlik qaldığınız yerdən uzaqlaşmaq olsun.Bundan gözəl heçnə ola bilməz.Bəzən isə sadəcə evdən çıxmaq belə geniş düşünmək üçün kifayət edir.Odur ki, əlinizdə olan məşğuliyyəti dayandırın və yeni düşüncələrin ardınca irəli!
 
8.Yeni tanışlıqlar
Dövrümüzdə insanlar getdikcə bir-birindən uzaqlaşır.İnternet vasitəsilə istənilən insana əliniz çata bilər reallıqda isə ətrafınızda əsl dostlar azalır.Bəzən virtual əlaqələrinizi real aləmə köçürməyə cəhd edin.Facebook dostunuzu bir fincan qəhvə içməyə dəvət edin və ya virtual əməkdaşlarınız üçün kiçik bir qonaqlıq təşkil edin.Bəzən qeyri-rəsmi mühitdəki tanışlıq sizə veb səhifələrindən daha çox şey qazandıra bilər.
 
9.İdmanla məşğul olmaq
Zehni əməyin fiziki əməklə əvəzlənməsi möcüzələr yarada bilər.Əgər saatlarla monitor qarşısında oturmusunuzsa,onda fiziki fəaliyyət yalnız sağlamlığınız üçün lazım deyil.Qan dövranın nvə beynin oksigenlə təminatının yaxşılaşması yaradıcılığın da aktivləşməsinə gətirib çıxarır.
 
10.Çoxdandır arzuladığınız bir şeyi alın
Təəccüblü gəlsə də ancaq çoxdandır istədiyiniz bir şeyin alınması əhvalınızın qalxmasında böyük rol oynaya bilər.Bu da ruh yüksəkliyi yaradır və yaradıcı düşüncələr meydana gətirir.
 
11.Yoga
Yoga həm sakit düşünməyiniz üçün və sağlamlıq üçün çox yaxşı seçimdir.Yoga bütün gərginliyinizi üzərinizdən atmağa kömək edəcək effektli bir üsuldur.
 

ŞƏRH YAZIN