Xeyr Sözündən İstifadə Etməyi Bacarın!

0
3902
Xeyr Sözündən İstifadə Etməyi Bacarın!

Həyatımızda bəzən istəmədiyimiz şeylər olur.Məcbur qaldığımız zamanlar ən sevdiyimiz insanlara belə yox deyə bilirik.Xeyr demək o qədər də asan deyil.Qarşımızdakı insanı incidə, qəlbini qıra bilərik.Bəlkə də onu bir kəlmə yox sözünə görə itirə də bilərik.
 
Balaca yaşlı uşaqlara baxdığımız zaman əslində ən asan onların yox deyə bildiyini görə bilərik.
 
Xeyr deyə bilmək bir cəsarət işidir. Hər kəsin söyləməyə cəsarət edə bilmədiyi bir sözü ifadə etmə şəklidir. 
 
Qarşımızdaki insana yox deyərkən bunu doğurdan demək istəyirikmi?Yoxsa məcbur qaldığımızdan mı edirik?
 
Xeyr deyərkən bizi nə gözləyir?
 
Yəni yox deyə bilmək bu qədərmi çətindir?
 
Hüdudlarınızı qoruyun. Hər zaman çalışın ki,münasibətlərdə qərar verərkən cəsarətinizi də itirməyin.Unutmayın ki,verdiyiniz qərar sizə aiddir.Həyat sizin həyatınızdır.Heç kimdən asılılığınız yoxdur.Əgər nə isə etmək istədiyiniz zaman qarşınızdakı insanın sizdən incidiyini düşünürsüzsə, buna əhəmiyyət verməyin.Əgər o sizi tanıyırsa sizə xoş olmayan bir şeyə məcbur edə bilməz və sizin nəyə hə,nəyə yox deyəcəyinizi yaxşı bilir.Məsələn, siz bir partiyə getmək istəmirsinizsə,dostunuz sizin getməyinizi istəyirsə siz ona yox dediyiniz vaxt o sizi başa düşmürsə onda o sizi yaxşı tanımır və sizin dəyərlərinizə hörmət etməyi bacarmır.
 
Əgər yox deməyə çətinlik çəkirsinizsə həyatda sizi bir çox problemlər gözləyir.Bağışla, üzr istəyirəm, üzrlü sayın sözlərini demədən xeyr deməyi bacarın.
 
Yaxın çevrənizdə "yox" deyə bilən insanlar varsa onların xarakterinə daha yaxından bələd olmaq üçün səy göstərin. Çünki belə insanlar iradələri , özünə inamları güclü olduqları üçün xeyr deməyi asanlıqla bacarırlar.Xeyr deməyi bacarmaq üçün xeyr sözünü işlətmək də bacarmalısınız.Yəni siz özünüz xeyr sözünü eşitməyi bacarın ki, başqalarına da deməyi bacara biləsiz.
 

ŞƏRH YAZIN