Silvester Stallonenin Fərdi İnkişaf Hekayəsi

0
3173
Silvester Stallonenin Fərdi İnkişaf Hekayəsi

Silvester əlində Rokinin ssenarisiylə 150 dəfə istehsal şirkətlərinə getmiş gənc bir ssenari müəllifi və aktiyor idi. O dövr 10 dənə istehsal şirkəti olmasına baxmayaraq hər birinə ən az 15 dəfə getdiyini söyləyir. Bir dəfə qapılarında yatıb qalmış. Maddi baxımdan ən çətin vəziyyətlərində yoldaşı və itiylə birlikdə uzun müddət ac qaldıqlarını və sərinləmək üçün 5 km uzaqlıqdakı kitabxanaya getdiklərini söyləyir. O dövrdə yoldaşının bir qohumu Silvestera marketdə bir iş tapmış. Aylıq 900 dollara yaxın pul qazana biləcəyi bütün dərdlərindən xilas olacağı qarnını doyurub, sərinləmə və sığınma ehtiyaclarını qarşılaya biləcəyi bir iş idi. Sən olsaydın bu işi qəbul edərdinmi? Çoxu insanın cavabı bəli olur. Lakin maraqlıdır ki Silvester bu işi qəbul etməyib yemək yeyə bilmək üçün itini, can dostunu 50 dollara satmış. O işi niyə qəbul etmədiyi soruşulduğunda yazımın mövzusu olan ağrı haqqında möhtəşəm sözləri söyləmişdir:

 "O dövrdə əlimdə xəyallarımı təmsil edən bir ssenari var idi və o ssenarinin filmini çəkə bilməmənin ağrısını içimdə hər gün hiss edirdim. Əgər işi qəbul etsəydim bir az da olsa rahatlaşacaqdım, standartlarım yüksələcəkdi və içimdəki ağrı azalacaqdı.
 
Ssenarim bir küncdə qalacaqdı. O işi qəbul etməyərək içimdəki ağrını qorudum. Bundan 6 ay sonra mənim itimi 3.000 dollara satın ala biləcək gücə çatmışdım. Bütün bunları içimdəki ağrı sayəsində bacardım. "
 
Bu nümunədən də gördüyün kimi qiymətli dostum içində ağrı varsa özünü inkişaf etdirmək üçün bütün riskləri götürərsən. Ancaq rahat bölgədəsənsə və oradan çıxmağa niyyətin yoxsa fərdi inkişafın yalnız kitablarla məhdud qalacaq.
 

ŞƏRH YAZIN