Necə Təkmilləşməliyik?

0
4647
Necə Təkmilləşməliyik?

1. Hər gün maariflənmək lazımdır.Bunun üçün mütləq çoxlu kitab oxumalıyıq.Digər informasiya vasitələrinin heç biri kitab qədər faydalı ola bilməz.

2. Dil biliklərinizi artırın. Yeni bir dil öyrənmək insanın hər bir cəhətdən formalaşmağında kömək edir, həmçinin gələcək və kariyera həyatında böyük rol oynayır.
 
3. Boş vaxtınızı səmərəli keçirəcəyiniz bir məşğuliyyətiniz olsun və zaman keçdikcə onu daha aktiv bir hala gətirin.
 
4. Hər yerdə keçirilən pulsuz seminarlar, təlimlər və kurslar olur.Bütün bunlar dünyagörüşünüzü və biliklərinizi artırmağınızda böyükü kömək olacaqdır.Həmçinin sizin bir çox istedadlarınızı üzə çıxaracaqdır.
 
5. Hər zaman ətrafınızdakı mühitin və insanların pozitiv olmasına diqqət edin .Çünki əslində bizim ilham qaynağımız da məhz ətrafımızdakı insanlar və mühitdir. 
 
6. Hər bir dəqiqənizin qızıl olduğunu unutmayın.Hər bir anınızı faydalı keçirtməyə çalışın.Bunun üçün ən əlverişli yol erkən oyanmaqdır.Belə olduqda gününüzün daha aktiv və faydalı keçdiyini görəcəksiniz.
 
7. Sağlamlıq hər şeydən vacibdir. Buna görə də daimi olaraq  idmanla məşğul olmağa çalışın. Bu sizin həm bədən formanızı həm də sağlamlığınızı qoruyacaqdır.
 
8. Rəqibiniz olsun. Yarışmaq şəxsi inkişafı yaxşılaşdırmaq cəhətdən ən gözəl üsuldur. Rəqibinizin olmağı istənilən bir sahədə sizə uğur gətirə bilər.
 
 

ŞƏRH YAZIN