Həyatınıza Maraq Qatmaq İstəyirsinizsə...

0
2695
Həyatınıza Maraq Qatmaq İstəyirsinizsə...

Həyatınızı şən,maraqlı etmək istəyiriksə aşağıdakı üsullara baxmalıyıq.
 
Ən xırda şeylərdən zövq almağa çalış:Gələcəyi düşünərkən pozitiv ol.
 
Özünüzə vaxt ayırın:İstirahət edib,dincəlin.Yorğun iş günündən sonra,xoş bir restoranda sevdiyiniz biri ilə nahar edin. Yorğunluğun ən yaxşı dərmanı istirahətdir.
 
Məna: İnsanların çoxu digərlərindən fərqli olaraq namaz qılaraq,Quran oxuyaraq,həyatlarını mənalı edərlər.Bəziləri isə bunun əksinə rəqs edərək,əylənərək,yemək bişirərək həyatlarına məna qatmağa çalışırlar.Sizi nə xoşbəxt edirsə onunla məşğul olaraq həyatınıza məna qatın.
 
Səni həyata bağlayan bir şeyin axtarışında ol: Hər kəsin həyatını maraqlı edən,xoşbəxt edən bir şeylər vardır. 
 
Güclü tərəflərinizdən vaxtında, yerində istifadə etməyi bacarın:Burda əsas məsələ sizin özünüzün nəyə qadir olduğunuzu anlamaqdır.Zəiflərinizi bir kənara qoyub, güclərinizdən motivasiya alaraq gündəlik həyatınızı daha da maraqlı edin.
 
Dünənə baxaraq bugününüzə şükr edin və dünəni keçmişdə qoyun:Etdiyiniz səhvləri dərk edərək,onlarda nəticə çıxartmağı bacarın.Çalışın ki, bir daha təkrarlamayasınız. 
 
Həyatında etdiyin yalnışlardan düzgün nəticə çıxart: Əgər nəyisə səhv etdikdən sonra peşmançılıq hissi keçirirsənsə deməli səhvlərindən nəticə çıxartmağı bacarırsan.
 
Bölüşmək: İnsan paylaşdıqca xoşbəxt olar.Əgər yaxın dostunuzun nəyəsə ehtiyacı varsa və siz onu ona verə bilərsizsə onda ona köməklik göstərin.Ehtiyacınız olmadığınız şeyləri ehtiyacı olanlarla bölüşün.
 
Nəzakətli olun: Qarşınızdakı insana hörmət etmək istəyirsinizə ilk öncə özünüzə hörmət edin. Hörmət etmək üçün bəzi davranışlarınızada diqqət göstərməlisiniz. Məsəslən özünüzdən böyüyə avtobusda yer verin yaşlı birinə əlindəkiləri daşımağa kömək edin . 
 
Qulaq asmaq: Qarşınızdakı danışarkən onu dinləməyi bacarın.Sözünü kəsməyin.Önun sözü bitdikdən sonra siz danışmağa başlayın. 
 

ŞƏRH YAZIN