Həqiqi Mənada Inkişaf, Davranış Dəyişimi Də Gətirir.

0
3915
Həqiqi Mənada Inkişaf, Davranış Dəyişimi Də Gətirir.

Hansı universitetdə oxuduğunuza, hansı müəllimlərdən dərs aldığınıza, hansı ölkələrdə təhsil aldığınıza və hansı ünvanları daşıdığınıza çox əhəmiyyət verirsiniz? Şəxsiyyətinizi, dəyərinizi, özünüzə olan hörmətinizi və başqalarından gözlədiyiniz hörməti bunlarla güclü şəkildə əlaqələndirərsinizmi?

Əgər ənənəvi quruluşda bir anlayışa sahib olsanız, yəqin ki, bu suallara cavablarınız bəli olar.
 
Yaxşı məktəblərdə oxumaq faydalıdır. 
 
Sahəsində ən yaxşı təhsil görmüş müəllimlərdən bir şeylər öyrənmək əhəmiyyətlidir.
 
Xaricdə yaşamaq, gəzmək üfiqini genişləndirməkdir.
 
Ünvan almaq özümüzü yaxşı hiss etdirər.
 
Halbuki bunların heç birinin inkişaf, öyrənmə, ya da mədəniyyətin göstəricisi olmadığını bilirik. Bütün bunlara bağlanıb qalmaq, daxili gücümüzü xarici amillərə bağlamaqdan başqa bir şey deyildir.
 
Əgər hər bir universitet məzunu məzun olduğu üçün inkişaf etmiş olsaydı, dünya xoş bir yer olardı. Halbuki günümüzdə təhsilini ən nüfuzlu məktəblərdə bitirmiş, çox yaxşı karyeralar qurmuş, ayaqlarının altlarında cipləri, üstlərinə burberry köynəklərini geyinmiş iş adamlarının yolun tam  tərsinə getdiyini görürük. Üstəlik, hər gün.
 
Karyeralarının ən yüksək nöqtəsinə gəlmiş, liderlik mövqeyində olan, amma mövqeyini itirməkdən qorxan hakimiyyət orqanlarına şahidlik edirik. Komanda olmaq və liderliyi bölüşməyi mövqelərinə təhdid görən anlayışlarla qarşılaşırıq.
 
Moda kataloqundan çıxmış kimi gözəl, cazibəli və baxımlı iş qadınları, yaraşıqlı və xarizmatik iş adamlarının müxtəlif şəraitlərdə nümayiş etdirdikləri davranışların dramatik dərəcədə fərqli olduğuna şahid oluruq.
 
Həqiqi mənada inkişaf, yeni qazandığımız bir məlumatı tətbiq etməkdə davamlılıq qazandığımızda mümkündür. 
 
Güclü daxili intizam, bildiyinizi tətbiqi motivasiyanız və bacarma əzminizin möhkəmləndirilməsi mümkün olduğu kimi özünüzə olan hörmətinizi da yüksəldir.
 
Həqiqi mənada inkişaf, nüfuzlu münasibətlərinizin verdiyi güclə deyil, insanı təbiətlə qarşınızdakılara insan olduqları və dəyərli olduqları üçün dəyər verə bildiyinizdə mümkündür. Və bunu daim, hər bir həyat səviyyəsindən insana göstərə bildiyimizdə mədəniyyət səviyyəmiz yüksələr. Televiziyalarda tez-tez rast gələrsiniz: Taksi sürücünə uzadılan mikrofona "sən" deyə xitab edən, bir sənətkara "siz" deyən diktorlar kimi rəftar etməməyi vərdiş halına gətirə bilmək kimi bir şeydir bu.
 
Həqiqi mənada inkişaf, bir-birimizi əzərək yox, bir-birimizin biliyindən, təcrübəsindən, həyatından, fərqindəliklərindən qidalanaraq mümkün olur. Nə vaxt ki, bu anlayış vəziyyət və şərtlərə görə dəyişməz və bir vərdiş halını alar, o zaman həqiqi inkişafdan danışmaq olar.
 
Dəyişim məhz bu səbəbdən çətindir.
 
Çünki dəyişim üçün əvvəlcə fərqinə varmaq, sonra fərqinə vardığına inanmaq, inandığının tətbiqinə cəhd göstərmək, köhnə qəlibləri dağıtmaq, bildiklərini unudub, yenilərinə yer açmaq və bu təşəbbüsü davamlı hala gətirmək lazımdır.
 
Necə bir insan olmaq istəyirsinizsə, səylərinizi istədiyiniz istiqamətdə daim saxlamağa baxın.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN