Əsəblərimizi Cilovlamağı Bacarmalıyıq

0
4295
Əsəblərimizi Cilovlamağı Bacarmalıyıq

İndiki zamanda əsəbləri cilovlamaq çətin məsələdi. Bunun fərqindəyik. Hara baxırsan hər kəs əsəbi, gərgin, stress içində. Əsəb hal-hazırda ən aktual problemlərimizdən birinə çevrilib. Hər şeyin başında demək olar ki əsəb durur. Bir çox xəstəliklərin yaranma səbəbi də məhz əsəbdir. Bunu hətta mütəxəssislər də təsdiq edir. Bundan əlavə əsəbi olduğumuz zaman bir çox sevdiyimiz insanı istəmədən incidə, qəlbini qıra bilirik. Sonra üzr istəsək belə fayda etmir.

Bəs əsəblərimizi necə cilovlaya bilərik? 

Əsəbi vaxtınızda ilk öncə özünüzü sakitləşdirməyi bacarmalısınız. Əsəblərinizi cilovlamaq üçün çalışın ki, bu qaydalara riayət edəsiniz.

1. Əsəbi olduğunuzda dərindən nəfəs alın, özünüzü sakitləşdirməyə çalışın.
 
2. Özünüzü inkişaf etdirin. Belə olduqda düşüncələriniz də dəyişər. Düşüncəniz dəyişərsə, siz də dəyişərsiniz.
 
3. Tez-tez özünüzə sakit olmalısınız deyə təkrar edin.
 
4. Hər şeyi şişirdib dərd halına gətirməyin.
 
5. Əgər problem böyükdürsə, çıxış yolu tapmağa çalışın.
 
6. Əsəbi olduğunuz zaman peşman olacağınız sözlər işlətməyin. Unutmayın ki, əsəbi başda ağıl olmur və bir də atalar demişkən: "Qılınc yarası sağalar, amma söz yarası sağalmaz."
 
Əsəbi olduğunuz zaman hər bir insan kimi öz haqqlarınızı müdafiə edə bilərsiniz. Bu normal haldır. Ancaq biz bunu tövsiyyə etmirik. Çünki özünüzü haqlı çıxartmağa çalışdıqca daha da əsəblər gərginləşəcəkdir. Belə bir vəziyyətdə ancaq sakit bir mühitə üz tutmağınız lazımdır. Tək qalıb sakitləşdikdən sonra qayıtmağınız yaxşı olar.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN