Doğuşdan Sahib Olduğumuz Bacarıqlarımız

0
2997
Doğuşdan Sahib Olduğumuz Bacarıqlarımız

Bir şeyi təbii olaraq yaxşı edən bir çox insan, o mövzuda nə qədər yaxşı olduğunun fərqində deyil. Məsələn bəzi insanlar, bir yerə yazmağa ya da kalkulyator istifadə etməyə ehtiyac duymadan, hər cür dörd əməliyyatı (vurma, bölmə, toplama, çıxma) "başdan" edə biləcək bir sistemə malikdir. Bir kompüterlə ya da dünya səviyyəsində bir mütəxəssislə müqayisə edildiyi zaman bu qabiliyyət əlbəttə ki, qeyri-adi bir şey deyil. Ancaq ədədlərlə, riyazi hesablamalarla arası yaxşı olmayan milyonlarla insan düşünüldüyü zaman, bu olduqca təəccüblü bacarıq kimi görünür. Bu cür insanların göstərdiyi ustalıq və mükəmməllik insanlarda qibtə yaradır.

Amma o bacarığa qibtə edən insanların da özlərinəxas təbii qabiliyyətləri ola bilər. Başqalarına qibtə edənlərdən birinin bir musiqini eşitdiyi zaman, onu sürətli şəkildə yaddaşına köçürə bildiyini fərz edək. Bu insan yalnız bir-iki dəfə eşitdiyi yeni bir melodiyanı sanki sehrli bir güclə pianonun düymələrinə köçürə bilir. Ürəyi istədiyi zaman eyni melodiyanı xatırlaya bilir və min bir növ akkordu ilə ətrafındakı digər insanları təəccübləndirir.
 
Bəzi şeyləri çalışmadan belə, çox yaxşı edə bilən bu tip insanları hamımız öz ətrafımızda görə bilərik. 
 
Məsələn, hər birimizin uşaqlarla çox yaxşı ünsiyyətə girən bir tanışı ola bilər. İllərcə göstərdiyimiz səyə baxmayaraq, biz bacarmasaq da, bəzi insanlar diqqətlərini və yumor güclərini uşaqlar üzərində kökləyə bilir, onlarla çox gözəl ünsiyyətə girə bilirlər. Bu insanaxas bir qabiliyyətdir. 
 
Digər bir nümunə: Bir iş yoldaşınız tennis raketini ilk dəfə əlinə aldığı gündən iki ay keçməsinə baxmayaraq, bir tennis oyununda sizi məğlub edə bilər. (Siz isə eyni oyunu on ildir oynayırsınız amma hələ də irəliləyiş əldə etməmisiniz) Eyni insan həmçinin, əl atdığı hər idman sahəsində eyni dərəcədə parlaq uğurlar əldə edə bilər. 
 
Başqa biri evdə hər hansı xüsusi bir istedad tələb edən bir işlə məşğul ola bilər, bir başqası yazı yazmaq ya da hesabat hazırlamaq mövzusunda təbii bir axıcılığa sahib ola bilər. Digər biri də xeyir işlərini qüsursuz bir şəkildə təşkil edə bilər və ya sehrli barmaqları ilə bağ-bağatını çox yaxşı bəzəyə bilər. Bəli, bəzi insanlar zehni yanaşmaları ilə, daxili və bəlkə də qeyri-şüuri bir ustalıq ya da qabiliyyətə sahib ola bilərlər. Onların müvəffəqiyyətlərinin sirri də bax budur. Eyni şəkildə, sizin müvəffəqiyyətinizin təməlində də bu yatır. Hamımız həyatın bir ya da bir çox sahəsində bu cür ustalıqlar sərgiləyirik. Sadəcə, bunun fərqində olmalıyıq.
 

ŞƏRH YAZIN