Cəsarətli Olun!

0
3089
Cəsarətli Olun!

Cəsarət edə bilmədiyimiz üçün kim bilir nə fürsətlər qaçırdığınızı düşündünüzmü?

"Cəsarətə ehtiyacım var" deyən adamlar ən azından bir şeylər etmələri lazım olduğunun fərqindədirlər, amma hərəkətə keçə bilmirlər. Üstəlik də çox vaxt itirəcək heç bir şeylərinin olmadığı anlarda...
 
Cəsarət mütləqdir
 
Günlərdir ətrafımda bir qorxaqlıq dolaşır. Qarşılaşdığım bir çox insandan niyə etmirsən, ya da edə bilmirsən deyə soruşanda "cəsarətim yoxdur" cavabını eşitməyə başladım. Yəni o qədər çətindir? Cəsarət mütləqdir, bunu unutmayın. 
 
Əvvəla, bu rahatlıq sahəsi deyilən şey güman edildiyindən daha bağlayıcıdır. Bir çox insan vərdiş etdiyi, etməyi bildiyi, edib yaxşı nəticə aldığı sahələrdə oynamağa üstünlük verir.
 
Bir az cəsarətli yaşamaq istəyiriksə və nəzarət sahəmizin xaricindəki dünya nemətlərindən istifadə etmək istəyiriksə ilk bu sualı verməyimiz lazımdır: "Bu günə qədər etdiyimdən daha fərqli nə etməliyəm ki, sərhədlərimi genişləndirə bilim"? Fərqli şeylər sınaya bilmə hissini içimizdə oyandıra bilsək şansımız vardır demək ki...
 
Fərqli şeylər edə bilmə hissini necə oyadacağıq?
 
Məhz növbəti "məntiqli" sual budur. Amma hər bir məntiqli sual kimi qarşımızdan cavablanaraq çəkilmək məcburiyyətindədir. Hiss daxili və şəxsi bir şeydir. Xarici amillər ilə təsirlənə bilən olsa da əsl toxunulması lazım olan not insanın öz iç dünyasında pünhandır. Məhz tam bu nöqtədə həyata baxışımızın əhəmiyyəti ortaya çıxır. Həyata pozitiv baxa bilmək, qarşılaşdığımız hadisələrə problem və ya fürsət deyə yanaşa bilmək, həyatımızdakı neqativlikləri belə faydaya dönüşdürə bilmək qabiliyyəti bir çox sahədə "cəsarət" - deyə qəbul edilə biləcək davranışlar nümayiş etdirməyimizə səbəb olur.
 
Bir də ətrafımızda bizim üçün narahat olan, qorumağa çalışan və ya uğurumuzu qısqanan, ya da sadəcə fikir bəyan etmək üçün olan neqatifçilər var. Onların cəsarətsizliyimizdəki təsirindən də bəhs etmədən keçmək olmaz.
 
BİR UŞAQ HƏYATI BOYUNCA MİNLƏRLƏ DƏFƏ "ETMƏ", "QAÇMA", "ƏLİNİ VURMA", "TOXUNMA" KİMİ NƏ ETMƏMƏSİ LAZIM OLDUĞU MÖVZUSUNDA (QORUMA MƏQSƏDLİ) XƏBƏRDAR EDİLƏRƏK BÖYÜMƏKDƏDİR. “POZİTİVLƏRİN" İSƏ ELƏDƏ SƏSİ ÇIXMIR. ÇIXSA DA DİGƏRLƏRİNİN YANINDA CILIZ QALIR. "QORX", "QORXMA", "DAYANMA" KİMİ... YENİ BİR ŞEY SINAMAQ İSTƏYƏN BİR ADAMA İDDİA EDİRƏM "EDƏ BİLMƏZSƏN" DEYƏN, "EDƏRSƏN" DEYƏNDƏN DAHA ÇOXDUR.
 
Son olaraq cəsarətsizliyin dərmanı güman edirəm ki, özümüzə bir az uzaqdan baxa bilmə bacarığıdır. Olduğumuz yerdən gördüyümüz ilə yuxarıdan baxarkən gördüyümüz rəsm eyni olmaya bilər. İtirəcəklərimizi gözümüzdə kiçiltdiyimizdə, həqiqətdə borclarımız böyüyəcəkdir.
 
Cəsarət, sadəcə bir az cəsarət.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN