Bir Daha Yetişdirə Bilərsiniz!

0
3711
Bir Daha Yetişdirə Bilərsiniz!

Niyə bəzi insanlar dahidir, digərləri yox? Bir çox insan dahiliyinin anadangəlmə olduğuna inanır. Son illərdə aparılan araşdırmalar bunun doğru olmadığını, daha doğrusu, böyük səhv olduğunu göstərir.

Dahinin yaranmağı da ətraf mühit, genlər qədər əhəmiyyətlidir. Və ya bir müəllifin dediyi kimi "Dahinin içində böyüdüyü torpaq ən az toxum qədər əhəmiyyətlidir". Müəyyən dövrlərdə müəyyən mədəniyyətlərin, məsələn, Hitlerə qədər Almaniyanın bir çox dahi hazırlamasının səbəbi bu tərkibin tutmasıdır.
 
Amma uyğun şəraitdə, hamımız dahi olmasaq belə qeyri-adi ola bilərik, deyir müəllif.
 
Köhnə düşüncə tərzinə görə nə olduğumuzu genlərimiz təyin edirdi. Göz rəngimizdən IQ-ə qədər yeganə həlledici genlər idi.
Bu nəzəriyyə etibarlı deyil. Artıq bilirik ki, nə olduğumuzu müəyyən edən, ana bətninə düşdüyümüz andan başlayaraq genlərimiz ilə ətraf mühit arasında meydana gələn qarşılıqlı təsirlənmədir.
 
Dahilik kimdə ortaya çıxar?
 
İstedad və bacarıq bəlkə valideynlərdən keçə bilər amma dahilik keçməz. Nə dahilərdən dünyaya gələn dahilər var, nə də dahilərin uşaqları dahi olur. Dahini buraxın istedadlı hətta ağıllı belə olmaya bilər.
 
Dahi vardır, amma kimdə ortaya çıxacağını müəyyən etmək mümkün deyil və yəqin ki, heç olmayacaq.
 
Ancaq bütün dahilər üçün keçərli iki həqiqət var. Dahilərin zəkaları demək olar ki, hər zaman formal, standart təhsil sərhədləri xaricində əmələ gəlir.
 
Ana və atanın vəzifələri
 
"Pulun ala biləcəyi ən yaxşı təhsil, yaxşı ola bilər, amma həqiqət, özünəməxsus yaradıcılıq üçün dəstək deyil, buxovdur" deyir müəllif.
 
Bütün bunlardan ana atalara çıxan dərslər var.
 
Bəlkə də çoxumuz fərqinə varmırıq, amma bir çox uşaq erkən yaşlarda bir məsələyə qarşı qeyri-adi maraq göstərməyə başlayır. Bu musiqi ola bilər, heyvan və ya bitki sevgisi, rəsm, riyaziyyat, futbol, oxumaq ola bilər. Mexaniki şeylər də ola bilər.
 
Görə bilsək bu marağı istedad kimi adlandırmalıyıq. Bəslənərlərsə, bunlar uşaqları dahi, heç olmasa qeyri-adi edəcək toxumların cücərtisidir.
 
Mənə görə bir ana, atanın ən böyük vəzifələrindən biri bu cücərtiləri görmək və bəsləməkdir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN