Beyninizi çalışdırmaq istəyirsinizsə..

0
2401
Beyninizi çalışdırmaq istəyirsinizsə..

1. Ağlınızı məşq etdirmək üçün vücudunuzu məşq etdirin

Tədqiqatlar sübut edib ki, fiziki tapşırıqların yerinə yetirilməsi zamanı qanda olan oksigenin miqdarı artır və qidalı maddələr mübadiləsi sürətlənir. Qan bütün orqanizm boyu dövr edir, həmçinin də beyni qidalandırır. Buna görə də fiziki hərəkətlərin icrasından sonra beynin fəaliyyəti də yaxşılaşır
 
2. Uyğun vaxt seçin
 
Yaşlı insanların yaddaşı səhər tezdən daha yaxşı işləyir, cavanlar isə günorta vaxtı mənimsədiyi informasiyanı daha yaxşı yadda saxlayır.
 
3. Qeydlər götürün 
 
Ən vacib və zəruri məqamları qeyd etdiyiniz gündəliyiniz olsun.
 
4. Öz yaddaşınızı stimullaşdırın
 
Aparılmış son araşdırmalar göstərir ki, bir fincan qəhvədə olan kofeinin miqdarı sizə diqqətinizi  toplamağa kifayət edə bilər.
 
5. İntellektual peşə seçin
 
Polşa mütəxəssislərinin araşdırmaları sübut edib ki, karyera yüksəlişi intellektual qabiliyyətindən asılı olan insanlar, öz yaddaş və intellektlərini maksimum dərəcədə istifadə etməyə çalışırlar. Bununla da onlar öz qabiliyyətlərinin inkişafına təkan verirlər.
 
6. Sizdən daha ağıllı olan insanlar ilə ünsiyyət qurun
 
Belə insanlar ilə ünsiyyət sizin təhtəlşüurda zehin və zəkanızın, həmçinin də ümumilikdə intellektual qabiliyyətlərinizin inkişafı ilə bağlı stimul formalaşdıracaq. Bu qayda həm də ailə həyatına da şamil edilir.
 

ŞƏRH YAZIN