Viktor Hüqodan...

0
8123
Viktor Hüqodan...

Öyrəndikdən, sevdikdən sonra daha çox əzab çəkəcəksiniz.

Yaxşı olmaq asandır, əsas olan adil olmaqdır.
 
Gülmək üçün xoşbəxtliyi gözləməyin, bəlkə gülmədən öldünüz.
 
Qadını gözəl yaradan Tanrıdır, sevimli edənsə şeytan.
 
Gözəllik qısa müddətli hakimiyyətdir.
 
Qadınlar zəifdir, analarsa qüvvətli!
 
Mənə yağışdan danışma! Yağ!
 
Həlim olma əzilərsən, sərt olma sınarsan.
 
Səni o qədər xəyal etdim ki, artıq bir xəyalsan.
 
Öldükdən sonra yaşamaq istəyirsinizsə ya oxumağa dəyər şeylər yazın, ya da yazılmağa dəyər şeylər yaşayın.
 
Hər kəs ölər, lakin hər kəs həqiqətən yaşamaz.
 
Diqqət ağlın ən böyük övladıdır.
 
Bir kimsənin sənə nifrət etməsinin əsl səbəbi sənin kimi olmaq istədiyi halda, heç vaxt sənin kimi olmayacağını  bilməsidir.
 
Çalışmaq həyat, düşünmək işıqdır.
 
Gəncliyə, yaşlılıqdan çox hörmət etməliyik.
 
Sabahların hər zaman gözəl olacağını deyirlər. Bəs bu gün dünənin sabahı deyilmi?
 
Yalan ağıl işidir, dürüstlüksə cəsarət. Əgər yalan deməyə zəkan kifayət etmirsə, o zaman cəsarətini işlədib dürüst ol
 

ŞƏRH YAZIN