Sunay Akından Dəyərli Cümlələr

0
3831
Sunay Akından Dəyərli Cümlələr

Bəzən dünyanın ən çətin peşəsidir... öz duyğularına tərcüməçi olmaq...!

 
Kim bilər bəlkə yaralarımızı üfləyərkən öyrəndik, fit çalmasını.
 
Kədərlənmə getdi deyə, bu ilin modası belə 3 gün sevilər sonra bezərlər, sənin axtardığın Əsli ilə Kərəm 21. əsrdə nə gəzər...!
 
Sevmək ürək istər deyil, Hər ürək sevmək istər. yalnız sevdiyinə sonuna qədər sahib çıxa bilmək, cəsarət istəyər.
 
Söylədiyin hər yalandan sonra "kaş ki həmişə uşaq qalsaydım" dəmə. Çünki söylədiyin hər yalanda kifayət qədər kiçildin onsuz da gözümdə.
 
Böyüdüm artıq... Anladım ki, nağıllardakı qədər günahsız deyilmiş heç kim. Sevmək ağrıdır, getmək vərdiş olmuş əlaqələrdə!
 
İki uşaq rahatlıqla oturduğumuz qapının eşiyinə, öz başıma çətin sığıram bu gün. Böyüdükcə insan təkmi qalır ?
 
Sevgi; Sevdiyin Adamın Xoşbəxt Olduğunu Gördükcə ONun Xoşbəxtliyi İlə Xoşbəxt Ola bilmə Sənətidir.
 
Kədərlənmirəm. Bir gün dayanar əlbət könülümdəki dərin sızı. Həmişə xeyirsiz deyil bu insanlar; bir gün məni də tapar xeyirlisi.
 
Kimsə bilsin istəmirəm ürəyimin qırıldığını.Buna görə hər kəsdən gizləyərəm; üzüm gülərkən içimin ağladığını.
 
Bu qədər ürək qırıqlıqlarına baxmayaraq kiçikliyimdə etdiyim kimi küləyi arxama alıb qışqırmaq istəyirəm həyata: Ağrımadı ki !
 
Eşq; bir baxıma sobaya toxunmaq kimidir. Bir dəfə yanarsan, İzi qalar. Sonra bir daha toxunmazsan yalnız yanına yaxınlaşarsan.
 
Sən mənnənmi soruşursan təkliyi sevərsənmi deyə? Mən ki; çayı belə iki şəkərlə içərəm, birlikdə ərisinlər deyə.
 
Bütün gücünlə sevmə, sevgisindən əmin olmadığn adamı. Və unutma, Bu gün səni tərk edən; dünən uğruna öləcəkdi !
 
Eynilə sevilməyən bir müəllim kimi idi ürəyim... Barmaq qaldıranlara inad, həmişə dərsdən anlamayanları seçdi.
 
Bəzən başını alıb gedə biləcək qədər cəsur; Və bəzən qalıb hər şeyə göz yumacaq qədər ürəkli ola bilməlidir insan.
 
Əldən düşmə sevdalar deyil istədiyim. Ürəyinin sahibi olmalıyam ya da heç bir şeyin. Ürəyinin sahibi deyilsəm əhəmiyyəti yox bir şeyin.
 
Bilirəm sabahlarım dünəndən fərqsizdir. Həyatmı mənə küsdü mənmi ona küsdüm xatırlamıram amma, bu aralayar pis küsmüşük
 
Bəzən susmaq lazım olurmuş, bəzən bomboş baxmaq lazım olurmuş həyatın yalanlarına. Anlamağa çalışmaq axmaqlıq!
 
Anlamadan yaşamaq lazım olurmuş. Amma bəzən unutmaq lazım olurmuş, unudulma bahasına. Zaman deyilmiş gedəni gətirən, əslində zamanmış var olanı aparan.
 
Oyuncaq və insan ürəyi çox bənzər bir-birinə. Bəzən təmiri olmaz ikisinin də.
 
Sevmək, xəyal qurmaq qədər asandır. Yaxşı bəs unutmaq; Qurduğun xəyalların reallaşması qədər çətindir.
 
Həsrətin tərifi yoxdur, kim nə demişsə səbəbi çarəsizlikdir. Yanımdaykən belə sənə doya bilməzkən. necə izah edilər ki sənsizlik!
 
Eşq saqqızdan çıxan sözlər qədər sadə olmağa davam etdikcə, İnsanlarda onu tapdalayıb tüpürməyə davam edəcəklər.
 

ŞƏRH YAZIN