Məşhur Yəhudi Kəlamları

0
21487
Məşhur Yəhudi Kəlamları

-Adəm ilk bəxtəvərdir, çünki qaynanası olmayıb.

-Tanrı insana iki qulaq və bir ağız verib ki, o da az danışsın və daha çox dinləsin.
 
-Əgər problemi pul vasitəsi ilə həll etmək olarsa, onda bu problem deyil, sadəcə məsrəfdir.
 
-Qoy Allah səni pis qadınlardan qorusun, yaxşılardan isə özün qurtul (xilas ol!)!
 
-İçki gələn yerdə siz qalmaz.
 
-Tanrı eyni zamanda hər yerdə ola bilməz, ona görə də anaları yaradıb.
 
-Şirin olma –yoxsa səni yeyərlər. Acı olma –yoxsa səni tüpürərlər. 
 
-Hamı pulun yoxluğundan şikayətlənir. Amma ağlın azlığından şikayətlənən yoxdur.
 
-Qonaq da balıq kimidir, 3 gündən sonra iylənməyə başlar.
 
-Keçidən qabaq, atdan isə arxa tərəfdən qorx. Axmaqdan isə bütün tərəflərdən.
 
-Bilik çox yer tutmaz (artıqlıq etməz).
 
-Saqqalsız yəhudi daha yaxşıdır, nəinki yəhudisiz saqqal.
 
-İnsan ən azı maraq xətrinə yaşamalıdır.
 
-İki şər içərisindən, pessimist hər iksini seçər.
 
-Kar eşidib ki, lal danışdırdı ki, kor necə görüb ki, axsaq necə sürətlə qaçırdı.
 
-Tanrı kasıbları ən azı bahalı günahlardan qoruyur.
 
-Əgər xeyriyyəçilik heç nəyə dəyməsəydi – onda hamı filantrop olardı.
 
-Evdə qarımış qız ərə gedən kimi – gənc həyat yoldaşına çevrilir.
 
-Valideynlər uşaqlara danışmağı, uşaqlar isə valideynlərə susmağı öyrədir.
 
-Pulsuzluğun acısı daha betərdir, nəinki pullu olmağın sevinci.
 
-Hər saqqalı olan ravvin (molla) olmaz.
 
-Uzaqdan heç bir insan pis deyil.
 
-Bəlkə yumurta toyuqdan, daha ağıllıdır, amma o daha tez iylənir.
 
-Hələ elə at dünyaya gəlməyib ki, onunla öz gəncliyinə çata biləsən.
 
-Kişilər daha çox iş görərdi, əgər qadınlar daha çox sussaydı.
 
-Yaxşı susmaq daha çətindir, nəinki yaxşı danışmaq.
 
-Pis həyat yoldaşı pis yağışdan daha betərdir. Pis yağış insanı evə qovur, pis həyat yoldaşı isə evdən qaçmağa məcbur edir.
 
-Yer kürəsini məhv edən insanların çoxluğu deyil, insanlığını itirmişlər olacaq.
 
-Tanrı mənə ayağa qalxmağa kömək et. Yıxılmağı mən özüm də bacararam.
 
-Əgər həyat yaxşıya doğru dəyişmirsə, gözlə - onda, o pisə doğru dəyişəcək.
 
-Sevgi nə qədər şirin olsa, ondan kompot hazırlamaq mümkün deyil.
 
-Etməyə iş tapmayanda, insanlar dahi əməllərə baş vurur.
 
-Uşaqları olmayanlar, onları yaxşı tərbiyə edir.
 
-Gülməkdən ölmək daha yaxşıdır, nəinki qorxudan.
 
-Təcrübə - insanların öz səhvlərini adlandırmaq üçün istifadə etdiyi sözlərdir.
 
-Keçəllik – müdriklik deyil, qocalıq əlamətidir.
 
-Qocaldıqca insan sadəcə daha pis, amma daha çox görür
 

ŞƏRH YAZIN