Mahatma Qandinin duası

0
9053
Mahatma Qandinin duası

Qandi 300 milyon əhaliyə sahib bir ölkənin müstəqilliyinə qovuşmasında liderlik edən adamdır. Hər hansı bir siyasi gücdən istifadə etməyib, Hind xalqını tək bir ideal ətrafında birləşdirərək İngiltərə siyasi müstəmləkəsindən qurtarmağı bacaran, özünü bilmənin və iradə gücünün nümayəndəsi olan Mahatma Qandi yatmadan əvvəl hər gecə eyni duanı edərək qanun mərkəzli bir həyatı özünə nümunə götürdü.

TANRIM!
Güclülərin üzünə həqiqəti söyləmək, zəiflərin alqışını, sevgisini qazanmaq və yalan danışmamaq üçün mənə kömək et!
Əgər mənə pul versən, xoşbəxtliyimi alma və əgər mənə güc versən mühakimə qabiliyyətimi alma!
Əgər müvəffəqiyyət versən, təvazökarlığımı əlimdən alma!
Görünənin digər üzünü tanımağıma kömək et!
Mənim düşüncələrimə qatılmır deyə mənə qarşı olanları xainliklə günahlandıraraq onların qarşısında günahkar vəziyyətə düşməyimə icazə vermə!
Özümü sevdiyim kimi digərlərini də sevməyi və digərlərini etdiyim kimi özümü də mühakimə etməyi mənə öyrət!
Müvəffəqiyyətli olduğum zaman ağlımı başımdan alma!
Müvəffəqiyyətsiz olsam ümidsizliyə düşməyimə izin vermə!
Daha çox müvəffəqiyyətsizliyin müvəffəqiyyətin əvvəlindəki bir sınaq olduğunu xatırlamağıma yardım et!
Tolerantlığın, güclərin ən böyüyü olduğunu və intiqam arzusunun zəifliyin ilk əlaməti olduğunu mənə öyrət!
Əgər puldan məhrum buraxsan ümidimi itirməyimə izin vermə!
Və əgər məni müvəffəqiyyətdən məhrum buraxsan, müvəffəqiyyətsizliyi məğlub edə bilmək üçün iradə gücünü mənə bəxş et!
Əgər məni sağlamlıqdan məhrum buraxsan, inancın lütfünü mənə bəxş et!
Əgər insanlara zərər versəm, üzr istəmə gücünü mənə ver!
Və əgər insanlar mənə zərər versə bağışlama və mərhəmət gücünü ver mənə!
Tanrım! Əgər mən səni unutsam, sən məni unutma!
 

ŞƏRH YAZIN